Napolidə 100 ildən sonra ilk yaşanıb

Napolidə 100 ildən sonra ilk yaşanıb

İtaliyanın Napoli şəhərində polşalı Robert adlı məhkum həbsxanadan qaçıb. Maraqlısı odur ki, polşalı 100 il sonra bu həbsxanadan qaça bilən ilk məhkum olub.

Olaylar.az xəbər verir ki, 32 yaşlı məhkum yataq örtüklərini bir-birinə bağlayaraq qaçmağı bacarıb.

Xəbərdə bildirilir ki, məhkumun qaçdığı məlum olandan sonra həbsxanada yetərli sayda işçinin olmaması açıqlanıb. Napolinin Poggiorele həbsxanasında hazırda 2500-dən çox məhkum olduğu bildirilir. Bura dünyanın ən böyük həbsxanalarından biridir.

Qeyd edək ki, İtaliya mediasında 100 ildən sonra həbsxanadan ilk qaçış barədə geniş xəbərlər yer alıb. Hazırda İtaliya polisi polşalı fərarini hər yerdə axtarır.

yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31