Putinlə Ərdoğan sabah görüşəcək

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlər keçirəcək.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlər keçirəcək.

Olaylar.az "TASS"a istinadən bildiri ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, görüşün Ərdoğanın Jukovski şəhərinə səfərindən sonra baş tutacağını bildirib.

Danışıqlar zamanı iki ölkənin liderləri Suriyanın İdlib vilayətindəki vəziyyəti və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31