Rus döyüş təyyarələri İdlibi bombaladı – Ölü və yaralananlar var

Rus döyüş təyyarələri İdlibi bombaladı – Ölü və yaralananlar var

Əsəd rejimi və rus döyüş təyyarələri İdlib şəhərinin müxtəlif rayonlarına hücum təşkil edib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, Əsəd rejimi və rus döyüş təyyarələri İdlib əyalətindəki Beslaka, Mrat Xara və İhsem kəndlərini bombalayıb.

Hücum zamanı aralarında bir qadın və bir uşağın da olduğu 4 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.

Hadisə yerinə gələn mülki müdafiə dəstələri cəsədləri dağıntı altından çıxararaq, yaralıları ətrafdakı xəstəxanalara yerləşdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31