DiKaprio Amazon meşələri üçün 5 milyon dollar ayırdı

DiKaprio Amazon meşələri üçün 5 milyon dollar ayırdı

Dünya şöhrətli aktyor Leonardo DiKaprio Amazoniyanın biomüxtəlifliyinin qorunması üzrə fövqəladə fondun yaradılması barədə məlumat yayıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, "Oskar" mükafatı laureatı məşhur aktyor fonda Amazon meşələrinin müdafiəsi üçün 5 milyon dollar yatırıb.

DiKaprio iyul ayında iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün "Alyans Yer" qeyri-kommersiya təşkilatı yaradıb. Ona bu işdə Loren Pauell-Cobs və milyarder Brayan Şet köməklik göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31