Bruneydə qəbul olunan yeni qanunlar dünya mediasında geniş söz-söhbətə səbəb olub.
3 Aprel 2019 14:32 DünyaTəsdiq edilən yeni şəriət qanunlarına əsasən cinsi azlıqları daşlamaq qanuni hesab olunur və buna icazə verilir. Bu qərar mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb, bildiriblər belə sərt, dəhşətli bir qanunun qəbulu insan haqların pozuntusuna səbəb ola bilər.
Qeyd edək ki, siyahıda olan cəzalar sırasına cinsi zorakılıq, oğurluq və Məhəmməd Peyğəmbəri təhqir etmək də var və bu kimi hallar ölkədə qeydə alınarsa dərhal həmin şəxsə ölüm cəzası tədbiq olunur.
Ekspertlər deyir ki, Bruney Cənub-şərqi Asiyada bu cür sərt İslamçı məcəllənin qəbul olunduğu ilk ölkədir.
Bu qanundan öncə ölkədə qeyd olunan cinayətlərin həbs müddəti 10 ildən başlayırdı.
Çoxsaylı politoloq, dövlət xadimləri qanunu pisləyib, Məşhur Hollivud ulduzları Corc Kluni və Elton Con isə Bruneyə səfər etməyəcəyini bildirib.
Xatırladaq ki, Bruney son 10 ildə heç kimə edam cəzası verməyib.