Süni intellekt vaxtsız ölümü proqnazlaşdırıb
1 Aprel 2019 14:18 DünyaBöyük Britaniyanın Nottingem Universitetinin ekspertlərinin apardığı yeni tədqiqat süni intellekti vaxtsız ölümün proqnozlaşdırılması üçün istifadəyə imkan verib.
Olaylar.az bildirir ki, mütəxəssislər qrupu ortayaşlı insanlarda xroniki xəstəliklərə görə vaxtsız ölüm riskinin proqnozlaşdırılması üçün kompüter təlimi alqoritmləri sistemini hazırlayaraq sınaqdan keçirib.
Məlum olub ki, süni intellekt sisteminin proqnozları insanlar tərəfindən hazırlanan standart yanaşma ilə müqayisədə daha dəqiqdir və daha yaxşı işləyir.
Tədqiqatçıların fikrincə, süni intellekt riski nəzərə almaqla ayrı-ayrı xəstələr üçün fərdi müalicəni seçən gələcək metodikaların hazırlanmasında əhəmiyyətli rol oynayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31