Ceyms Bondun sevgilisi vəfat etdi
1 Aprel 2019 11:23 DünyaO, 1964-cü ildə "Qoldfinger" filmində Bondun sevgilisini oynayıb.
"Agent 007" haqqında "Qoldfinger" filmində Ceyms Bondun sevgilisini oynamış britaniyalı aktrisa Tanya Male 77 yaşında vəfat edib.
Bu barədə məlumatı bondiana menecerlərinə istinadla "Daily Mirror" nəşri yayıb.
Qəzet menecerlərin bəyanatından bu sözləri sitat gətirib: "Biz çox təəssüf edirik ki, "Qoldfinger" filmində Tilli Masterson rolunu ifa etmiş Tanya Male vəfat edib".
T.Male öz karyerasına model kimi başlayıb. O, 1964-cü ildə "Qoldfinger" filmində Bondun sevgilisini oynayıb.
Həmin filmdə T.Malenin tərəf-müqabili Şon Konneri olub.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31