Ermənistan sakini etiraz əlaməti olaraq vətəndaşlıqdan imtina edib və Gürcüstana gedir

Ermənistan sakini Soqomon Kazaryan ölkəsinin vətəndaşlığından imtina edib və iki uşağı ilə birlikdə Gürcüstana gedir.

"Ermənistan Respublikasının vətəndaşı olmaqdan imtina edirəm", - Kazaryan söyləyib.

O yalnız ata olmasına baxmayaraq, dörd ildir dövlətdən heç bir müavinət ala bilmədiyini qeyd edir.

Qeyd edək ki, Kazaryan etiraz əlaməti olaraq yanvarın 8-də prezident iqamətgahı qarşısında aclıq aksiyasına başladığını elan edib, yanvarın 10-da isə Ermənistanın baş naziri funksiyasını müvəqqəti icra edən Nikol Paşinyanla görüşməyə uğursuz cəhd edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31