Kürdlər Ərdoğanın təklifini qəbul etmədi

Suriya kürdləri Suriyanın şimalında bufer zona yaratmaqla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul etməyib.

Bu barədə AFP Suriya kürdlərinin təmsilçisi Aldar Xəlilə istinadla informasiya yayıb.

"Türkiyə və Suriyanın şimalı arasında ayırıcı xətt yalnız BMT sülhməramlılarının iştirakı ilə mümkün ola bilər. İstənilən digər variant yolverilməzdir", - Xəlil bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31