Macron: "Brexit müqaviləsinin ləğv olunmasında zərər çəkən tərəf ingilislər olacaq"
16 Yanvar 2019 14:29 DünyaFransa prezidenti Emmanuel Macron ingilis parlamentinin "Brexit" müqaviləsini rədd etməsindən sonra İngiltərənin böyük ehtimalla AB-dən razılaşma ilə əlaqədar əlavə müddət tələb edəcəyini bildirib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Macron, "sarı jiletlilər"in nümayişlərinin yol açdığı problemlərə həll tapmaq üçün Grand Bourgtheroulde səmtində təşkil etdiyi yığıncaqda İngilis parlamentinin Brexit müqaviləsini rədd etməsi ilə bağlı açıqlamalar verib.
Macron, Brexit müqaviləsinin ləğv olunmasında zərər çəkən tərəfin ingilislər olacağını qeyd edib. O, müqavilənin təkrar müzakirə edilməsinin mümkün olmadığını vurğulayıb.
İngiltərənin razılaşma ilə əlaqədar AB-dən əlavə müddət istəyəcəyini ifadə edən Macron, "Bəlkə başqa bir şey tapmaq üçün Avropa Parlamenti seçkilərinə girəcəklər. Bu çox qeyri-müəyyənlik və narahatlıq yaradır". deyib.