Putinə Serbiyada sui-qəsd hazırlanırmış
16 Yanvar 2019 13:38 DünyaRusiya Prezidenti Vladimir Putinə Serbiyada sui-qəsd hazırlanması şübhəsi ilə Armina Alibaşiç saxlanılıb.
Bu məlumatı Serbiyanın "Pravda" qəzeti yayıb. Məlumata görə, 21 yaşlı gənc Novi-Pazar şəhəri yaxınlığındakı Potok qəsəbəsində saxlanılıb. Gəncin çantasından optik nişangahlı tüfəng aşkarlanıb.
Onun evində axtarış zamanı partlayıcı qurğu üçün nəzərdə tutulan avadanlıqlar da aşkar edilib.
Qeyd edək ki, Putin sabah Belqrada səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31