Eks-prezident 100 milyon rüşvət alıb – İttiham
16 Yanvar 2019 12:39 DünyaMeksikanın keçmiş prezidenti Enrike Pena Nieto 100 milyon dollar rüşvət almaqda ittiham edilib.
Bu barədə meksikalı narkobaron Xuakin Quzmanın (El Çapo) məhkəmə işində şahid qismində dindirilən narkobaronun sağ əli Aleks Cifuentes danışıb.
Onun sözlərinə görə, prezident əvvəlcə 250 milyon dollar istəyib, sonradan isə 100 milyon dollar almağa razılıq verib. Pullar isə 2012-ci ildə El Çaponun bir yaxını tərəfindən Mexiko şəhərinə aparılıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31