Kanada Çindən vətəndaşının edam edilməməsini istəyib
16 Yanvar 2019 11:55 DünyaKanadanın xarici işlər naziri Xristya Friland bildirib ki, ölkəsi Çin məhkəməsinin narkotik qaçaqmalçılığına görə ölüm hökmünə məhkum etdiyi kanadalıRobert Lloyd Şellenberq üçün rəsmi olaraq əfv istəyib.
Bu barədə CTV məlumat yayıb.
"Biz artıq Çinin Kanadadakı səfiri ilə danışmışıq və əfv istəmişik", - deyə nazir bildirib.
O həmçinin qeyd edib ki, Pekinlə bu məsələ ilə bağlı dialoq vacibdir, yaranmış vəziyyət isə Kanada və Çinarasındakı münasibətlərə ciddi təsir edir.
"Bu, bizim Çinlə münasibətlərimizdə yaranmış çətin məqamdır", - deyə o bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31