Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
16 Yanvar 2019 11:44 DünyaXorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç yanvarın 16-sı Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, keçiriləcək görüşlər zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, həmçinin iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.
Bundan əlavə, tərəflər regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd edilir ki, Xorvatiya prezidenti Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31