Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası ilə bağlı cəmiyyətdə fikir ayrılığı var

Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası ilə bağlı cəmiyyətdə fikir ayrılığı var, konsensus yoxdur.

Bu fikri  Ukraynanın Siyasi Analiz və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik söyləyib. Bildirib ki, aparılan son sosial sorğuların nəticələrinə görə, əhalinin 40 faizi Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyasınin lehinə, 35 faizi isə əleyhinədir.

"Ukraynanın NATO-ya üzv olması Rusiyanın kəskin reaksiyasına səbəb ola bilər. NATO rəsmiləri bunu anlayır və Ukraynanın üzvlük məsələsindən bir neçə dəfə imtina ediblər. Bir sözlə, NATO-da Ukraynanın üzvlük məsələsi aktual deyil", - deyə institut rəhbəri əlavə edib. Bildirib ki, hakimiyyətin NATO və Avropa İttifaqına inteqrasiya məsələsi prezident və parlament seçkiləri kampaniyası ərəfəsində piar aksiyasıdır. Əgər Ukrayna doğrudan da NATO-ya inteqrasiya etmək istəyirsə, bu məsələ gərək hələ 2014-2015-ci illərdə parlamentdə müzakirəyə çıxarılardı.

Qeyd edək ki, ötən həftə Ali Rada Ukraynanın NATO-ya və Avropa İttifaqına inteqrasiyasını nəzərdə tutan konstitusiya dəyişikliyini qəbul edib. Ukraynada prezident və parlament seçkiləri martın sonlarında keçiriləcək. 

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31