ABŞ Yaxın Şərqdən çıxır: Çin və Rusiya ilə müharibəyə hazırlıq başlandı
26 Sentyabr 2018 15:45 DünyaABŞ Yaxın Şərqdəki üç ölkədən "Patriot" raketlərini önümüzdəki ay ərzində çıxaracaq.
Bu barədə "The Wall Street Journal" nəşri Pentaqondakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.
Nəşr yazır ki, İordaniya, Küveyt və Bəhreyndəki "Patriot"lar çıxarılacaq.
"Küveytdə iki, digər ölkələrin hər birində isə bir "Patriot" var. Bu ölkələrdən çıxarılacaq raketlərin hara yerləşdiriləcəyi hələlik açıqlanmır. ABŞ Yaxın Şərq və Əfqanıstandan tədricən çıxır", - deyə nəşr yazıb.
Hərbi mənbə Vaşinqtonun Çin və Rusiya ilə qarşıdurmaya daha çox diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31