Berlin və Sankt-Peterburq arasında birbaşa dəmiryol əlaqəsi yaradılacaq

Almaniyanın Berlin və Rusiyanın Sankt-Peterburq şəhərləri arasında birbaşa dəmiryol əlaqəsi təşkil olunacaq.

Bu barədə "İzvestiya" qəzeti Almaniya Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, yeni marşrut Kalininqrad şəhərindən keçəcək. Dəmir yolu əlaqəsinin yaradılmasında Baltikyanı ölkələrdə və Polşada mövcud olan hazır xətlərdən istifadə ediləcək.

Yeni marşrut Peterburqdan Kalininqrada qədər olan məsafənin iki dəfə az vaxt ərzində qət etməyə imkan verəcək.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31