Mettis açıqladı: ABŞ üçün ən böyük 3 təhlükə

Rusiyanın sahib olduğu nüvə silahı ABŞ üçün başlıca xarici təhlükə hesab olunur.

Bu sözləri ABŞ-ın Müdafiə naziri Ceyms Mettis deyib.

"Düşünürəm ki, xarici təhdidlərdən danışanda ilk növbədə Rusiyanın nüvə silahı təhlükəsini, daha sonra isə Çin və Şimali Koreyanı qeyd etmək olar", - Mettis bildirib.

Nazirin sözlərinə görə, Şimali Koreya ABŞ üçün ən aktual problem, Rusiya hərbi sahədə ən ağır təhdid, Çin isə uzunmüddətli siyasi təhdid olaraq qalır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31