Avropadan zərbə: "Türkiyəyə yardım etməyəcəyik"

Avropa Birliyi Türkiyəyə iqtisadi dəstəyin verilməsinə ehtiyac görmür.

Bunu "Die Velt" qəzetinə müsahibəsində Avropa Komissiyasının Genişlənmə və Mehriban Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Xan deyib. Onun sözlərinə görə, Türkiyənin hazırkı iqtisadi problemləri daxili siyasi səbəblərlə bağlıdır:

"AB-nin və ya hansısa başqa ölkənin Ankaraya yardım təklif etməsi situasiyanı həll etməyəcək. Biz stabil və çiçəklənən Türkiyənin olmasında maraqlıyıq. Türkiyənin siyasətinə və iqtisadiyyatına etibarın qayıtmasından sonra Qərb şirkətləri bu ölkəyə investisiyaları yenidən gücləndirəcək".

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31