Türkiyənin məşhur cütlüyü ayrıldı
Kanal D-də ötən mövsüm yayımlanan "Kısmetse olur" proqramı ilə məşhurlaşan Eser Vest və Caqnset Çördük ayrılıb.
15 Mart 2017 19:27 DünyaKanal D-də ötən mövsüm yayımlanan "Kısmetse olur" proqramı ilə məşhurlaşan Eser Vest və Caqnset Çördük ayrılıb. "Survivor 2017"də aclığa tab gətirə bilmədiyi üçün yarışmadan uzaqlaşan Eser Dominikandan qayıtdıqdan sonra sevgilisi ilə birgə fotolarını paylaşmışdı.
Lakin dünən ikili birlikdə çəkilmiş bütün fotoları silib, İnstaqramda bir-birlərini izləməni dayandırıblar. Cansel "Hər son bir başlanğıcdır" yazaraq ayrılıq iddialarını bir az da gücləndirib. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31