Məktəb müdiri maşınında öldürülmüş vəziyyətdə tapıldı
Türkiyənin Düzce qəsəbəsində, Rza Malatyalı orta məktəbinin 37 yaşlı direktoru Sait Tekin avtomobilində silahla boynundan vurularaq öldürülmüş halda tapılıb.
15 Mart 2017 11:48 DünyaTürkiyənin Düzce qəsəbəsində, Rza Malatyalı orta məktəbinin 37 yaşlı direktoru Sait Tekin avtomobilində silahla boynundan vurularaq öldürülmüş halda tapılıb. Park halında olan 06 DYG 67 nömrəli avtomobildən şübhələnən sakinlər polisə xəbər veriblər.
Hadisə yerinə gələn polislər sürücü oturacağında oturan Tekinin bir güllə ilə vurularaq öldürüldüyünü təyin ediblər.
Bir müddət əvvəl həyat yoldaşından boşanan 2 uşaq atası Sait Tekinin günorta saatlarından etibarən itkin düşdüyü, ailəsinin ondan xəbər almadığı deyilir. Milli.az gazetevan-a istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31