Kanadada neft emalı zavodunda yanğın - İşçilər təxliyə edildi
15 Mart 2017 08:52 DünyaKanadanın Albert əyalətinin Fort-Makmürrey şəhəri yaxınlığında yerləşən "Syncrude" şirkətinə məxsus neft emalı zavodunda yanğın baş verib.
Bu barədə çərşənbə axşamı CBC telekanalı məlumat yayıb.
Bildirilir ki, müəssisənin işçi heyəti təxliyə edilib, zavoda bütün girişlər bağlanıb. Hadisə yerinə polis dəstələri və yanğınsöndürənlər göndərilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31