Yuliya Timoşenko müxalifətə keçdi

"Batkivşina" partiyasının lideri Yuliya Timoşenko Ukrayna parlamentində yeni koalisiyanın yaradılması ilə bağlı danışıqlar prosesindən çıxaraq, müxalifətə keçdiyini bəyan edib. Timoşenko yeni koalisiyanın yaradılması ilə bağlı danışıqlar prosesini perspektivsiz adlandırıb. Bundan əvvəl  xəbər verilib ki, "Pyotr Poroşenkonun Bloku" partiyası, "Xalq cəbhəsi", "Radikal partiya" və "Batkivşina" yeni koalisiyanın yaradılması haqda danışıqlar aparır. Ancaq bir həftədən çoxdur deputatlar razılığa gələ bilmirlər. Ukraynada siyasi böhran Ali Radanın deputatlarının hökumətin fəaliyyətini qənaətbəxş hesab etməməsindən sonra başlayıb. O vaxt indiki baş nazir Arseni Yatsenyukun istefasına səs vermək mümkün olmamışdı. Bu, hakim koalisiyanın dağılmasına səbəb olub ki, bu da ölkədə yeni parlament seçkilərinin keçirilməsi təhlükəsi yaradır. Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00