Spiker: "Beynəlxalq təşkilatlara Azərbaycanın xəritəsini göstərmək lazımdır"

"Beynəlxalq təşkilatlarla danışıq aparanda onlara Azərbaycanın xəritəsini göstərmək lazımdır". "Olaylar" xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentdə çıxışı zamanı deyib. O vurğulayıb ki, çoxları Dağlıq Qarabağın və təmas xəttinin harada olduğunu bilmir: "Ötən gün Amerikanın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul etdim. O döyüşlərin hansı nöqtədə getdiyini bilmədi. Mən xəritə vasitəsilə bildirdim ki, bu, Dağlıq Qarabağdır, bu, yeddi işğal olunmuş rayondur və təmas xəttidir. O bundan heyrətə gəldi. Ona görə də beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz görüşlər zamanı xəritə vasitəsilə yerləri onlara dəqiq göstərməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00