Rusiyanın ORT telekanalından Azərbaycana qarşı saxtakarlıq VIDEO
5 Aprel 2016 15:28 DünyaRusiyanın ORT televiziyası Azərbaycana qarşı saxtakarlığa yol verib. Axar.az bildirir ki, televiziyada yayımlanan "Zaman göstərər" verilişində Azərbaycan əleyhinə kəskin ittihamlar səslənib. Azərbaycanın xəritəsini yanlış yayımlayan, Dağlıq Qarabağın Ermənistanla heç bir sərhədi olmamasına baxmayaraq, Laçın və Kəlbəcər rayonlarını Dağlıq Qarabağın tərkibində göstərən və bununla da DQ-nin Ermənistana bitişik olduğu saxtakarlığını edən ORT telekanalı bununla bərabər, prezident İlham Əliyevin çıxışını da rus dilinə tam yanlış tərcümə edib. Üstəlik, verilişə toplaşan ekspertlər vasitəsilə Azərbaycan və Türkiyəni hər şeydə günahlandıran televiziya Qarabağın sırf ermənilərə məxsus olduğunu sübut etməyə çalışıb. Verilişdə Azərbaycanın mövqeyini jurnalist Fuad Abbasov və ekspert Heydər Camal müdafiə ediblər.
Qeyd edək ki, Rusiya mətbuatı son üç gün ərzində aktiv erməni təbliğatını həyata keçirir. Bu işdə xüsusilə "Reqnum" agentliyi, "Layfnyus" və NTV telekanalı ön sırada gedirlər.