Kremlin sözçüsü rusiyalı jurnalistlərin Azərbaycandan çıxarılmasına münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "LifeNews" telekanalının çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına münasibət bildirib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, mətbuat katibi məsələnin detallarının ona məlum olmadığını söyləyib. O qeyd edib ki, redaksiya siyasəti hakimiyyət tərəfindən hansısa hərəkət üçün səbəb ola bilməz və olmamalıdır: "Lakin jurnalistlərin qanunvericilik normalarına riayət etmələri vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00