Erməni əsgərlərinin yeməyini də oğurlayırar

Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlayan gündən Ermənistan Silahlı Qüvvələri üzləşdiyi problemlərin öhdəsindən gələ bilmir. Belə problemlərdən biri də erməni ordusundakı korrupsiya və rüşvətxorluğun tüğyan etməsidir. İş o yerə çatıb ki, ermənilərin Dağlıq Qarabağdakı işğalçı birləşmələrinə yolladıqları "yardım"ları da mənimsəyirlər. Ermənistanın Qafan rayonunda belə "yardım" kampaniyası keçirilib. Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər rayonlarında yerləşdirdiyi hərbi hissələrində olan erməni əsgərlər üçün ərzaq, siqaret, isti pal-paltar toplanıb. Fəqət, yardım erməni əsgərlərə çatmayıb, mənimsənilib. O qutuların harada "yoxa" çıxdığını qafanlılar bilmirlər və bununla bağlı bu gün Ermənistanın Qafan rayonunun administrasiyasının binasının qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları yardımı oğurlayanların cəzalanmasını tələb edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00