Ermənilər Əsgəran və Xankəndidən qaçırlar - Polislə QARŞIDURMA - YENİLƏNİB VIDEO

Polislə mülki vətəndaşlar arasında qarşıdurma olub

Ölkə.az bildirir ki, Əsgəran rayonunda məskunlaşmış ermənilərlə qondarma rejimin polis qüvvələri arasında ciddi toqquşma baş verib, mülki şəxslər arasında xeyli sayda yaralananlar var. Bu haqda məlumatı işğal olunmuş Azərbaycan ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazıblar. Sosial şəbədəki ermənilər yazırlar ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə yollarla Xankəndiyə qaçmaq istəyiblər. Polislər isə əhalinin rayondan çıxmasının qarşısını almağa çalışıb. Bundan sonra polislərlə sakinlər arasında şiddətli toqquşma baş verib. Həmçinin sosial şəbəkədə ermənilər yazırlar ki, hazırda Xankəndinin giriş-çıxışında ermənilərin rayondan qaçmasının qarşısını almaq üçün postlar qurulub.

Ermənilər Əsgəran və Xankəndini tərk edir - KÜTLƏVİ QARŞIDURMA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00