Qarabağda ölən daha 3 erməni zabitin adları elan edilib
5 Aprel 2016 11:51 DünyaErmənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda ölən daha 3 zabitin adlarını açıqlayıb. "Armtoday.info" saytının verdiyi məlumata görə, bunlar 1985-ci il təvəllüdlü mayor Ayk Torosyan, 1993-cü il təvəllüdlü baş leytenant Merujan Stepanyan və kiçik serjant Ruben İskəndəryandır.
Xatırladaq ki, aprelin 4-də Ermənistan tərəfi aralarında 2 kapitan və 1 mayorun da olduğu daha 7 hərbçinin öldüyü barədə xəbər yaymışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00