Ankaranın polis rəisi üç gün oğurluq maşın nömrəsi ilə gəzdi - QƏRİBƏ SINAQ
5 Aprel 2016 11:49 DünyaAnkaraya yeni təyin edilmiş Baş Polis rəisi Mahmud Karaaslan paytaxtda ilk dəfə olaraq qeyri-adi təhlükəsizlik yoxlamasına imza atıb. Türkiyə KİV-inin məlumatına görə, Karaaslan üç gün boyunca oğurlanmış nömrə taxılmış maşınla şəhərdə gəzib və fərq edilməyincə çox əsəbiləşib. O 24 saat ərzində izlənən bulvar və küçələr kimi mərkəzlərdə dolaşıb. Oğurlanmış maşın nömrəsi heç bir polisdə şübhə doğurmayıb. Üstəlik Ankaranın 513 nöqtəsində MOBESE və PTS ( Nömrə tanıma sistemi) kameralarında da təsbit edilməyib. Təhlükəsizlik müdiri heç bir yoxlama məntəqəsində saxlanılmamasına görə çox əsəbiləşib. Bu hadisədən sonra o MOBESE məsuliyyətliləri başda olmaqla təhlükəsizliyi təmin edən polis rəhbərlərinə ciddi xəbərdarlıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00