Noutbuk alışdı, 5 yaşlı uşaq öldü

Türkiyədə 5 yaşlı uşaq faciəvi şəkildə dünyasını dəyişib. Milli.Az DHA-ya istinadən xəbər verir ki, Türkiyənin Bartın şəhərinin Amasra mahalında 5 yaşlı Burak Kara evində noutbukun alışması nəticəsində yaranan tüstüdən zəhərlənərək həyatını itirib. Atası işə getdikdən sonra gecə evdə tək qalan Burak Kara dizüstü kompüterdə oyun oynayarkən yuxuya gedib.  Kompüter açıq qaldığı üçün qızaraq tüstülənməyə başlanıb. Evdən tüstü çıxdığını görən qonşular qapını qırıb içəri daxil olublar. Onlar zəhərlənmiş Burakı xəstəxanaya aparsalar da, onu qurtarmaq mümkün olmayıb. O, dünən torpağa tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00