“Qafqaz Evi”-diaspor təşkilatları arasında əlaqələndirici qurum
4 Dekabr 2012 13:18 DünyaAzərbaycanın Avropadakı diaspor hərəkatına dəstək verən, bu istiqamətdə fəaliyyət göstərən qurumlardan biri də "Qafqaz Evi"dir. Polşada fəaliyyət göstərən "Qafqaz Evi"-nin əsas məqsədi Qafqaz regionuna maraq oyatmaqdır. Təşkilat effektiv ünsiyyət şəbəkəsi yaratmaq üçün müxtəlif nöqteyi-nəzərləri nümayiş etdirmək əzmindədir. 1989-cu il, aprelin 7-dən fəaliyyət göstərən "Qafqaz Evi" öz müvafiq məqsədlərini həyata keçirmək üçün ölkə xaricində, başqa dövlətlərin ərazisində onların hüquqlarına hörmət etməklə fəaliyyət göstərir. Polşadakı "Qafqaz Evi" Cəmiyyətinin prezidenti Varşava Universitetinin Şərqşunas üzrə magistrı, Polşa Elmlər Akademiyasında doktorluq elmi dərəcəsinə namizəd, həmyerlimiz Hicran Əliyevadır. "Qafqaz Evi" Cəmiyyəti fəaliyyətini öz üzvlərinin ictimai fəaliyyətinə əsaslandırır. "Qafqaz Evi" Cəmiyyətinin əsas məqsədi:Qafqaz regionuna məxsus tarix, ənənə, mədəniyyət, iqtisadiyyat haqqında biliklərin və aktuallıq kəsb edən ictimai-siyasi vəziyyəti Polşada yaymaq, bu ölkə ictimaiyyətinə çatdırmaq, Polşa və Qafqaz xalqları arasında, xüsusən Ermənistan, Gürcüstan, və həmçinin Azərbaycanla birgə elmi, elmi-texniki, mədəni, təhsil, ictimai və siyasi əməkdaşlığın yaradılmasına yardım göstərməkdir. Cəmiyyət Qafqaz xalqları arasında dialoq, anlaşılma və əməkdaşlığın möhkəmlənməsi istiqamətində addımlar atır. Eyni zamanda Polşada yaşayan Qafqaz ictimaiyyəti nümayəndələrinin bu və ya digər layihələrini dəstəkləyir. "Qafqaz Evi" Cəmiyyət öz məqsədlərini əsasən aşağıdakı üsullarla həyata keçirir:
1) Kitab nəşrlərini, kinomatoqrafik, elektron xüsusiləşmiş kitabxananın və həmçinin Qafqaz regionu ilə bağlı dövri mətbuatın açılması,
2) konfransların, seminarların, praktikum-seminarların, görüşlərin, mühazirələrin və həmçinin hesabatların və başqa elmi və təhsil tədbirlərin təşkili,
3) sərgi salonların, konsertlərin, festivalların və həmçinin başqa mədəni və artistik tədbirlərin həyata keçirilməsi,
4) Qafqaz dövlətləri məzunlarına, tələbələrinə və doktorantlara kömək göstərilməsi. Polşa, Azərbaycan, Gürcüstan və Ermənistan arasında tələbə və elmi mübadilənin təşkili,
5) Qafqaz haqqında biliyin, nəşriyyat və bilik fəaliyyətinin inkişaf etdirilməsi; Qafqaz regionunun kütləvi informasiya vasitələri ilə məlumat əməkdaşlığı,
6) Cəmiyyətin nizamnamə və məqsədlərinin həyata keçirilməsinə xidmət edən turist qrupları, artist, ticarət-təsərrüfat, idman və həmçinin başqa xüsusiləşmiş səfərlərin təşkili,
7) Polşa və Qafqaz təşkilatları arasında əməkdaşlığın dəstəklənməsi,
8) Plşada və dünyada olan Azərbaycan, Gürcüstan və Ermənistan diasporları ilə əməkdaşlığı inkişaf etdirmək.
Fəaliyyəti müddətində "Qafqaz Evi" bu region dövlətlərinin diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə konfrans və seminarların təşkili sahəsində bir sıra tədbirlər, layihələr həyata keçirib. Məhz keçirilən bu kimi tədbirlərin nəticəsində diaspor təşkilatları arasında əməkdaşlıq mühiti formalaşıb. Məlumat üçün qeyd edək ki, "Qafqaz Evi"nin yaradılması ideyası Qafqaz regionun müharibə dövründə inteqrasiya maraqlarını və fəaliyyətini ifadə etmək məqsədini daşıyaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəyə aiddir. Buna baxmayaraq konsepsiya özü XIX əsrdə yaranıb və o elə həmin o vaxtda da onun nəzəri təməli qoyulmuşdur. 1915-ci ildə türk feldmarşalı Fuad Paşanın rəhbərliyi altında yeni təşkilat - "Qafqaz Komitəsi" yarandı. Təşkilatın məqsədi dünya ictimaiyyətini Qafqaz xalqlarının problemləri və həmçinin onların müstəqillik cəhdləri ilə tanış etmək idi. Təşkilat üzərində türk hamiliyi Türkiyənin bu regionda öz nüfuzunu gücləndirmək maraqlarını göstərirdi. Həmin ilin dekabr ayında prezidium tərəfindən göndərilən xüsusi səfir Berlində olmuş və birləşmiş dövlətin planlarını və həmçinin Almaniya rəhbərliyinin elitası və Avstriya-Macarıctan tərəfindən "Müstəqil Qafqaz"ın yaradılması ideyasının təqdim etmişdi. Oktyabr inqilabı köhnə qaydaların dağıldığını və tərkibinə Ermənistan, Gürcüstan və Azərbaycan daxil olan qısamüddətli Qafqaz Federasiyasının yaradılmasına gətirib çıxartdı. Bu, Cənubi Qafqazın birləşdirilməsinə ilk cəhd idi. Federasiya 26 may 1918-ci ildə Gürcüstanın, iki gündən sonra isə Azərbaycanın və Ermənistanın öz müstəqilliyini elan etməsi ilə süquta uğradı. Federasiyasının ayrı-ayrı üzvlərinin fikir ayrılıqları və həmçinin Türkiyə ilə müharibə onun süqutuna təkan verdi. Lakin Qafqaz Federasiyası faktının həyata keçməsi strateji nöqteyi nəzərdən və həmçinin regionun iqtisadi-ictimai inkişafını nəzərə alaraq regional inteqrasiyaya ehtiyac olduğuna işarə edir. Yeni yaranmış dövlətlər Sovet quşunları tərəfindən süquta yetirildi və bunun nəticəsi olaraq 1922-ci ilin martında 1936-cı ilədək sovet aparatı strukturunun tərkibində yeni Zaqafqaziya Sovet Sosialist Respublikasının yaradıldı. Bundan əlavə, bu respublikanın mövcudluğu faktı bu strukturun siyasi cəhətdən müstəqil olmamasına baxmayaraq Cənubi Qafqazda birləşmə faktının mümkünlüyünü göstərdi. Qafqazdan siyasi mühacirət müstəqillik uğrunda mübarizənin nəticəsi olduğu halda, Qafqaz birliyi və Ümumi Qafqaz Evinin yaradılması ideyası qəti olaraq formalaşdı və 1927-ci ildə Polşada Müstəqil Qafqaz Komitəsi yaradıldı. 1935-ci ildə Qafqaz Federasiyası Şurası formalaşıb. Şura Azərbaycan, Gürcüstan və Şimali Qafqazın milli təşkilatlarından ibarət idi və regiona aid problemləri həll etməli idi. Şuranın əsas məqsədi konfederasiya formasında respublikaların müstəqil Qafqaz Respublikasının elan edilməsi idi. 1940-cı ildə şuraya Ermənistan da qoşuldu. Bu, müasir dövrlərədək Qafqaz mühacirlərinin Qafqaz xalqlarının inteqrasiyasına son cəhd idi. Qafqazdakı ayrı-ayrı xalqlar və etnik qruplar arasında mövcud konfliktləri başa düşmək üçün Moskvanın regional siyasəti barədə bir neçə söz demək lazımdır. Bəzi qruplara üstünlüklərin verilməsi və həmçinin xalqlar arasında antaqonizmin gücləndirilməsi imperiyanın süqutundan sonra milli ideologiyaların yüksəlişinin əsas səbəblərindən biri oldu. Bu, Qafqazda milli-azadlıq hərəkatlarının liderləri arasında birliyin olmamasına gətirib çıxaran əsas faktor idi. Həmçinin vurğulamaq lazımdır ki, Şimali Qafqaz xalqlarının müstəqilliyə can atması çətinliklərlə üzləşirdi. Bu region Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiya Federasiyasından ayıran zona kimi Rusiya üçün həmişə bufer rolu oynayır və oynamışdır. Bununla belə Rusiya siyasəti üçün Şimali Qafqazda vəziyyətin qaydada saxlanılması, digər tərəfdən ayrı-ayrı qruplar arasında anlaşılmazlığa yol verilməməsi çox vacibdir. Baş verən hadisələr 1989-cu ildə Qafqaz xalqları üçün əsas dönüş yaratdı - Abxaziyada görüş zamanı Qafqazın dağlıq xalqlarının iclasi çağırıldı. Məlum olduğu kimi görüş yerli xarakter daşıyırdı və burada bütün Qafqaz xalqları iştirak etmirdi. Görüş xalqlar arasında dialoq üçün simvolik xarakter daşıyırdı. 1991-ci ildə Çeçenistanın ilk prezidenti Cövhər Dudayev iclası konfransa çevirdi. Konfransın antirusiya xarakteri orada iştirak edən bir çox xalqları, o cümlədən inquşları, noqayları, dağıstanlı azərbaycanlıları və bir neçə başqa türk qruplara aid (kalmık, qaraçaylılar, balkarlar) və s. bu konfransdan uzaqlaşdırdı və onlar konfransı boykot etdilər. Bunun nəticəsi olaraq Türk Xalqlarının Cəmiyyəti yarandı. Bu hadisə Qafqaz xalqlarının inteqrasiyaya ehtiyacını göstərdi, digər tərəfdən isə ayrı-ayrı qruplar tərəfindən fərqləri göstərdi. 1992-ci ilin sentyabr ayında Dudayev Qroznıda "Ümumi Qafqaz Evi" təşkilatının üzvləri üçün dəyirmi masanın təşəbbüskarı olmuşdur. Konfrans zamanı Qafqaz xalqlarının dini şurası və Qafqaz məlumat mərkəzi müəyyən edilmişdir. "Ümumi Qafqaz Evi" forum kimi qeydiyyata alınmış və onun başçısı prezident Cövhər Dudayev təyin edilmişdir. Qafqaz evinin ümumi forumunun yaradılması ideyası Çeçenistanda müharibənin başlanması ilə dayandı. Sonralar bu missiyanı Gürcüstan və Azərbaycan qəbul etmişdir və bu, Bakıda keçirilən konfransda öz əksini tapmışdır. Konfransda Qafqaz xalqlarına regionda etnik konfliktlərin baş verməməsi üçün Ümumi Qafqaz Evinin yaradılması ilə bağlı çağırış səslənmişdir. Şimali Qafqazın siyasi cəhətdən Cənubdan ayrılması və həmçinin regionda mövcud olan konfliktlər Qafqazda inteqrasiyanın bütövlüyü ideyalarına mane oldu. Gürcüstanın və Azərbaycanın Avropa Şurası ilə iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı mövcud səyləri regional inteqrasiyanın bərpa edilməsinə gətirib çıxara bilər. İqtisadi və ictimai inkişaf Qafqazın Avropa və Asiya arasında körpü kimi tarixi rolunun bərpasına ümid verir. Tarixi, iqtisadi və həmçinin ictimai faktorlar göstərir ki, Qafqaz xalqları bir-birindən təcrid olunmuş halda yaşaya bilmirlər. Bu mərhələdə Qafqaz Evi fəlsəfəsinin ən vacib komponenti ümumi informasiya siyasətinin yaradılması və həmçinin dünyanın başqa ölkələri ilə əlaqədə ümumi regional siyasətinin yaradılması zəminidir. Keçmişi dəyişmək olmaz və elə etmək lazım deyil ki, heç nə baş verməyib. Bu maneələrə baxmayaraq qonşuluqda yaşayan xalqların anlaşmasına xidmət edən dialoqun qurulması lazımdır.
Qeyd edək ki, Avropa və Asiyanın sərhədyanı ərazisində Qara və Xəzər dənizlərinin arasında yerləşən Qafqazda 128 etnik qrupdan ibarət müxtəlif dialektlərdə və dillərdə danışan 40 milyondan çox əhali yaşayır. Öz geosiyasi yerini və təbii sərvətlərini nəzərə alaraq bu region bir çox əsrlər boyu qüdrətli imperiyaların maraq dairəsində olub. Mədəni və etnik müxtəlifliyi Qafqazın sivilizasiya zənginliyini sübut edir və həmçinin regional konfliktlərin mənbəyi olan iqtisadi və ictimai inkişafına maneə olan etnik müxtəlifliyinin fərqliliyinə gətirib çıxarır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir