Azərbaycan faydalı tərəfdaşdır – bunu Brüssel anlamalıdır- ÖZƏL 

"Azərbaycan-Avropa İttifaqı ilə əlaqələrdə həmişə şəffaflığın və sonra artan xətt üzrə inkişaf edən münasibətlərin tərəfdarı olub. Bu proseslərdə Azərbaycan heç vaxt verdiyi vədlərə dönüb çıxmayıb, hər dediyi sözə əməl edib və vaxtında üzərinə düşən bütün məsuliyyəti əhatə edib. Bu baxımdan əksinə, Avropa İttifaqının bir qədər Azərbaycan qarşısında, mən deyərdim ki, kəsirləri var".
Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında söyləyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan birmənalı sağlam inteqrasiya yolunu gedir:

"Xüsusilə də İkinci Qarabağ müharibəsi qurtardıqdan sonra Avropa İttifaqı Azərbaycanla bağlı çox anlaşılmaz bir siyasət yeridir. İndi biz Cozef Bayden  dövrünü yadımıza salırıq ki, nə dərəcədə o qeyri-sağlam, anlaşılmayan, başı-pozuq bəyanatlar verirdi. Həm başqa ölkələrlə bağlı, həm qlobal cənubla bağlı, onları "cəngəlik" adlandırırdı. Azərbaycanı da həmişə tənqid  atəşinə tuturdu, halbuki Azərbaycanın bir günahı da yox idi və indi də yoxdur. Azərbaycan sadəcə öz beynəlxalq hüququndan irəli gələn imkanlarını istifadə edərək Ermənistan təxribatlarına və işğalçı siyasətinə son qoydu. Bu proseslərdə əlbəttə ki, Azərbaycan ilk növbədə sağlam əməkdaşlığa köklənən məmləkətdir. Görürdük ki, məsələn, əgər Avropa İttifaqında 10-a yaxın ölkə ilə, 9 ölkə ilə ən azı bizim strateji tərəfdaşlıq haqqında razılaşmalarımız varsa, heç də Avropa İttifaqı özü bu faktı nəzərə almırdı. Əksinə, məsələn, bir çox proseslərdə süründürmə mövqeyi tuturdu, sonra sabotajla məşğul olurdu. Məsələn, İtaliyadan bizim çox gözəl münasibətlərimiz var, Macaristandan yaxşı münasibətlərimiz var, Slovakiyadan, digər ölkələrdən. Amma digər ki, məsələn, Fransa orada əyləc rolunu oynayır ki, Azərbaycanla bağlı proseslərə ləngisin, sonra öz mahiyyətini itirsin. Odur ki, bu proseslərin hamısında biz həm də Avropa İttifaqının yeni Azərbaycanlı əməkdaşlıq haqqında saz işinin imzalanmasını süründürürük.
Biz çoxdan hazırıq bu prosesə. 95%-i əgər onun tərkibi müzakirə mərhələsini keçib 5%-i qalırsa, bəs burada sual olur ki, niyə bu 5%-i üzərində biz artıq ilişib qalmışıq? Bu, əlbəttə ki, Azərbaycanın istəyindən ilə gələn şey deyil. Məhz Avropa İttifaqı çalışır ki, o 5%-lik məsələdə, məsələn, hava məkanının istifadə olunmasıdır, hansı ölkənin nə və yaxud hava daşıyıcıları imkanları realizə etməlidir və s. Bunlarla bağlı olaraq barışmaz mövqə tuturlar.
Ona görə də indi, bax, hər halda Kaya Kalassın artıq   iş başına gəlməsi, ondan xəbərləyir ki, yəqin ki, rəsmi Brüsselinin xarici siyasətində, o cümlədən Qafqaza yanaşmasında, Azərbaycanla münasibətlərində yeni mərhələ başlayacaq. Bu mərhələyə çox böyük ehtiyac var. Çünki Azərbaycan, mən deyərdim ki, təşəbbüskarlığını azaltmır, artırır.
Digər tərəfdən, elə ən azı, Cənub Qaz Dəhlizi layihəsini biz Avropaya yönləndirməsəydik, indi Rusiya-Ukrayna müharibəsi xüsusunda Avropanın hansı problemləri olacaqdır? Görürsünüz, Azərbaycan boşluqları doldurur. Sonra öz təklifləri ilə effektiv iştirak əmsalları göstərir. Amma Avropa bunu sanki dəyərləndirmir və bir çox hallarda Azərbaycana anlaşılmayan təzyiqlər göstərir.
Odur ki, Kaya Kallas gözəl başa düşür ki, vaxtı ilə əgər Ursula Fon der Leyen  gəlib Bakıda enerji memorandumuna imza atdısa, deməli biz Avropaya həqiqətən də çox lazımlıyıq. Biz sizə lazımlıyıqsa, siz nəyə bizim prosesləri tənqid edirsiniz? Siz nəyə bizimlə bağlı anlaşılmayan mövqeyi tutursunuz? Siz nəyə bizim səylərimizi şübhə ilə qarşılayırsınız, gözaltına alırsınız və s. Bax, bunlar hamısı elə bir suallardır ki, açıq şəkildə müzakirə olmalı, obyektiv kimi nəzərdən keçirilməlidir. Mən də elə düşünürəm ki, Qael Kalas bir qədər Azərbaycanın mövqeyindən bəllidir, digər tərəfdən gözəl başa düşür ki, Azərbaycan faydalı tərəfdaşdır rəsmi Brüssel üçün və digər tərəfdən də o anlayır ki, bəli, əgər Azərbaycan bu proseslərdə çeviklik, dinamizm göstərirsə, deməli biz də o səviyyədə ən azı olmalıyıq. Ümumiyyətlə bizim diplomatiyamızın da məğzi ondan ibarətdir ki, tərəfdaşlıqda, əməkdaşlıqda biz problem yaratmayaq, əksinə problemləri dəf edək və digər tərəfdən də öz mütəfiqlərimizə, tərəfdaş ölkələrimizə imtiyazlı vəziyyətlər yaradaq. Bu yaxınlarda apreldə elə Bakıda keçmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası da,  Yaşıl Enerji Üzrə Nazirlərinin 3-cü iclası da baş tutdu. Orada Prezident İlham Əliyev açıq-aşkar bildirdi ki, biz ancaq xeyirin artmağa işləyirik, gəlin siz də bu prosesi qoşulun.
Bəli, bir yandan deməli, belə deyək də, sanki bir quşun iki qanadı olur, bir qanad irəli doğru sürür prosesləri, uçuşu irəli aparır, amma Avropa İttifaqının bəzi ölkələri arxada qalır. Bir qanadla uçmaq normal şərtdə uçmaq olmaz. Ona görə də  hesab edirəm ki, bax, Azərbaycanın çağırışları ilə bağlı rəsmi Brüssel də ayrı-ayrı ölkələrin dairələri də anlamalıdırlar ki, onlar həm özlərinin zərərini işləyirlər, həm də Azərbaycan üçün əlavə lazımsız problem yaratmağa cəhd göstərirlər. Bu yolun sonu  yoxdur. Azərbaycan bir mənalı sağlam inteqrasiya yolunu gedir, bizim üçün həm qərb var, həm şərq var və biz burada heç bir fərq qoymalıyıq. Çünki bizim siyasətimizin məğzi ilə ondan ibarətdir ki, taraz bir mövqe tutaq, kimlə ki münasibət qurmuşuq, onlarla bağlı biz ancaq qazanc əldə edək. Bu qazanclar əlbəttə ki, ikimizdə də insanların rifahının artmasına xidmət edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31