Bayden müalicəyə başladı
31 May 14:37 DünyaABŞ-nin keçmiş Prezidenti Co Baydenə bir müddət əvvəl qoyulan prostat xərçəngi diaqnozunun ardından o, artıq müalicə prosesinə başlayıb.
Olaylar.az "The Washington Post"a istinadən xəbər verir ki, Bayden bu barədə Delaver ştatında keçirilən tədbir zamanı məlumat verib.
Baydenin sözlərinə görə, o hazırda müalicə planı çərçivəsində bir cərrahla sıx əməkdaşlıq edir:
"Proqnozlar müsbətdir, hər şey üzərində çalışırıq. Müalicə prosesimiz uğurla davam edir və özümü yaxşı hiss edirəm. Ətrafımdakı hər kəs də nikbin ruhdadır", - deyə o bildirib.
82 yaşlı siyasətçi qeyd edib ki, ilkin mərhələdə altı həftə ərzində konkret bir dərman qəbul edəcək, daha sonra isə yeni bir müalicə protokoluna keçid planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31