Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək

İyunun 1-dən "WhatsApp" məşhur "iPhone" modelləri və Android cihazları da daxil olmaqla bir sıra köhnə smartfonlara dəstəyi dayandıracaq.

Olaylar.az xəbər verir ki, iyunun 1-dən etibarən "WhatsApp" iOS 15.1 və Android 5.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda işləməyəcək. Android vəziyyətində bu qərar yüzlərlə modelə təsir edəcək, "Apple" smartfonları arasında isə "iPhone 5s", "iPhone 6" və "iPhone 6 Plus" dəstəyini itirəcək.

Bəzi nəşrlərdə birinci nəsil "iPhone 6s", "6s Plus" və "SE"dən də bəhs edilir, lakin bu modellər iOS 15.8.4 yeniləməsini dəstəkləyir.

Quraşdırılıbsa, messencer işləməyə davam edəcək.

Sadalanan smartfonlar öz aktuallıqlarını çoxdan itirsələr də, hələ də milyonlarla insan tərəfindən istifadə olunur.

Köhnə cihazların sahiblərinə mümkünsə əməliyyat sistemini yeniləmələri tövsiyə olunur. Əgər messencerdən istifadəyə davam etmək vacibdirsə, lakin yeniləmə mümkün deyilsə, qadcetinizi daha müasir biri ilə dəyişdirməlisiniz. /Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31