Laçında üç ölkənin birliyi: Regional güc və əməkdaşlıq- ÖZƏL

Mayın 28-də Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə üçtərəfli Zirvə görüşü keçirildi. Görüş siyasi həmrəylik və regional əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirildi.

Görüşün 28 mayda keçirilməsi, Türkiyə və Pakistan kimi güclü ölkələrin Azərbaycanın yanında olması və bu mühüm tarixin birlikdə qeyd edilməsi hansı mesajı verir?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

"Önəmli bir məsələdir və burada nəinki keçirilmə tarixi və yeri bir mesajdır. Buradakı hər bir atılan addım, səslənilən fikirlər, verilən bəyanatlar, qəbul edilən qərarlar hamısı ciddi bir prosesin göstəricisidir, ciddi bir mesajdır. Həm Azərbaycan, həm Türkiyə, həm Pakistan bununla dünyada yeni bir güc mərkəzinin formalaşdığının, inkişaf etdiyinin nümayiş etdirdilər. Hesab edirəm ki, sonuncu  keçirilən bu toplantı və alınan qərarlar Azərbaycan, Türkiyə və Pakistan tərəfdən yeni, müsbət mənada addımlar atacaq, regional bir güc faktorunu, prosesini formalaşdırır. Bundan həm region, həm beynəlxalq aləm yalnız müsbət mənada yararlanacaq, faydalanacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31