SDQ-nin komandanı: Türkiyə ilə birbaşa əlaqələrimiz var – ÖZƏL
31 May 14:08 DünyaSuriya şimal-şərqini nəzarətdə saxlayan Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Məzlum Abdi cümə günü bildirib ki, Türkiyə ilə birbaşa əlaqələri mövcuddur və gələcəkdə münasibətlərin yaxşılaşdırılmasına, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə açıqdır.
Olaylar.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Abdi bildirib ki, SDQ-nin Türkiyə ilə həm birbaşa, həm də vasitəçilər üzərindən əlaqə kanalları var və onların inkişaf edəcəyinə ümid edir. Onun sözlərinə görə, son iki ayda SDQ və Türkiyə qüvvələri arasında döyüşlər dayandırılıb və bu atəşkəsin daimi olacağına ümid var.
O, hələ ki, Ərdoğanla görüş planının olmadığını desə də, bu fikrə açıq olduğunu bildirib: "Biz Türkiyə ilə müharibə vəziyyətində deyilik və gələcəkdə münasibətlər ola bilər. Biz buna açığıq."
Türkiyə isə SDQ-nin əsasını təşkil edən qrupların PKK ilə bağlı olduğunu iddia edir. Həmin PKK bu ayın əvvəlində özünü buraxmaq barədə qərar qəbul etmişdi.
Bundan əlavə, Abdi Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa ilə SDQ-nin şimal-şərqdəki muxtar idarəsinin Dəməşqdəki dövlət strukturlarına inteqrasiyası barədə mart ayında razılaşma imzaladıqlarını da xatırladıb.
Türkiyə Prezidenti Ərdoğan isə SDQ-ni bu razılaşmanı ləngitməkdə ittiham edib. Məzlum Abdi bu ittihamları rədd edib və İsraillə əlaqələrinin olmadığını da vurğulayıb.