Ceyhun Bayramov: Ermənistan və Fransada bayrağımızın yandırılması cinayət əməli kimi qiymətləndirilməlidir
25 Aprel 20:56 SiyasətErmənistanda revanşist meyllər və Ermənistanda radikal diaspor nümayəndələrinin çıxışları qeyd edilməlidir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistanda Azərbaycanın dövlət rəmzi olan dövlət bayrağımız yandırılıb: "Dünən isə Fransada bayrağımız yandırılıb. Hər iki ölkənin aidiyyəti strukturlarına çağırış edirik. Cinayət tərkibli əməllərin qiymətləndirilməsi labüddür. Bu addımlar utancverici hərəkətlərdir. Burada həmçinin tərəfimizdən ictimai qınaq mesajlarını da önəmli hesab edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31