Sosial

Azərbaycanda 4 bal gücündə zəlzələ oldu

19 İyun 2017 11:19

Ucarda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir. İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:41:13 - də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub. 

76636 şagird üçün buraxılış imtahanı keçirildi

17 İyun 2017 14:20

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonları və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 76636 şagird (IX sinif üzrə 43781, XI sinif üzrə 32855) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.  9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə davam edib. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb. İmtahanın müddəti 2 saat 45 dəqiqə olub.

Axşam yeməyində badımcan yeyin - 4 FAYDASI

16 İyun 2017 20:15

Badımcan bədən sağlamlığı üçün olduqca faydalı bir tərəvəzdir. Üstəlik digər tərəvəzlərdən fərqli olaraq badımcanın kalorisi də azdır. Salatlarınıza, yeməyinizə badımcan əlavə edərək həm də yeməklərinizi dadlandıra bilərsiniz. Sağlamlığımız üçün faydalı olan badımcanın 92%-i sudan ibarət olduğu üçün xüsusilə Ramazan ayında iftar zamanı yeyilməsi məsləhətdir. Badımcan su ehtiyacının böyük qismini qarşılayır.

Uşağın yaşa uyğun boyunu və çəkisini öyrənin - CƏDVƏL

16 İyun 2017 20:03

Tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edirik. Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır.

Oruc tutanlar üçün xüsusi RAMAZAN PƏHRİZİ

16 İyun 2017 19:53

Oruc tutanlar iftarı gec saatlarda açdıqları üçün kökələ biləcəklərindən şikayət edirlər. Oruc tutanlara həm sağlam, həm də formalarını qorumaqda kömək edəcək “Ramazan” pəhrizi təqdim edirik.

Diyetoloqlar: Saqqız çeynəmək təbii arıqlamaya kömək edir

16 İyun 2017 19:43

ABŞ-ın Rod-Aylend Universitetinin diyetoloqları şəkərsiz saqqızın təsirini öyrənərək bu qənaətə gəliblər ki, saqqız kalori qəbulunu azaldaraq, enerji sərfini çoxaldır və təbii arıqlamaya kömək edir.

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib

16 İyun 2017 19:15

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatları elmi ictimayyətin diqqətinə çatdırmaq, müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən alim və mütəxəssislərin təkliflərini dinləmək olub. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA ilə İİTKM-in əməkdaşlığından danışıb. Bildirib ki, bu əməkdaşlıq elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, eləcə də bu istiqamətdə qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməyə zəmin yaradacaq. Akademik AMEA Yüksək Texnologiyalar Parkının ərazisində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün bir sıra tədbirlərin həyata keçirilməkdə olduğunu da deyib.

Savadlı cütlüklər arasında boşanma az olur

16 İyun 2017 19:04

Virciniya Universitetinin tədqiqatçıları nikah istəyinin birbaşa təhsildən asılı olması qənaətindədirlər. Onların məlumatına görə, son 30 ildə nikahdankənar doğuşların səviyyəsi 13 faizdən 44 faizə yüksəlmişdir. Dünyaya nikahdankənar uşaq gətirənlərin valideynləri yalnız məktəb təhsili alan “orta amerikalılardır”. Nisbətən azsavadlı amerikalı cütlüklər arasında da boşanma halları çoxluq təşkil edir. Əvəllər onlar arasında ilk nikahın pozulmaması 73 faiz idisə, indi bu göstərici 45 faizə düşmüşdür.

"Formula-1"in iştirakçıları və qonaqları üçün iki xəstəxana ayrıldı - Nazir əmr imzaladı

16 İyun 2017 18:25

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda "Formula-1" Azərbaycan Qran-prisi" yarışının keçirilməsi ilə bağlı tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

Rusiya FHN-dən qəzaya uğramış azərbaycanlıların vəziyyətilə bağlı AÇIQLAMA

16 İyun 2017 18:23

Kalmıkiyanın Çernozemelsk rayonunda qəzaya uğrayan Azərbaycan vətəndaşları Komsomolsk qəsəbəsində xəstəxanaya yerləşdirilib. Bu barədə özəl olaraq Kalmıkiyanın Fövqəladə Xidmət nümayəndələri məlumat veriblər. Məlumatda qeyd olunur ki, xəsarət alanların həyatına heç bir təhlükə yoxdur. Xəsarət alan qadınlardan birinin hamilə olduğu bildirilib. Hazırda bütün sərnişinlərə tibbi yardım göstərildiyi qeyd edilib. Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.

Göyçayda 4 bal gücündə zəlzələ olub - YENİLƏNİB

16 İyun 2017 18:21

“Göyçay rayonunda baş vermişzəlzələ elə də güclü zəlzələdeyil”. Bunu  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Direktor bildirib ki, zəlzələ bu gün saat 17:41-də qeydə alınıb. Yeraltı təkanın dərinliyi 50 km, maqnitudası 4,3 olub. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Keçən ay ərzində 1856 əcnəbi tərəfindən ölkə qanunvericiliyi pozulub

16 İyun 2017 17:48

Keçən ay ərzində 1856 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, onlardan 27-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 220 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. İnzibati qaydada ölkə ərazisindən çıxarılmamaqla cərimə tətbiq olunma ilə bağlı 887, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla cərimə tətbiq olunma ilə bağlı 458, Miqrasiya Məcəlləsin 16.1.8-ci maddəsinə əsasən ölkə ərzisinə girişinin məhdudlaşdırılması ilə bağlı 264 şəxs barədə qərarlar qəbul edilib.

Bakı Ali Neft Məktəbində “Açıq qapı günü” keçirilib

16 İyun 2017 17:47

Bakı Ali Neft Məktəbinin yeni kampusunda “Açıq qapı günü» keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə 50-dən artıq məktəbli və onların valideynləri iştirak edib. Şagirdlər akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, auditoriyalar, müasir tədris laboratoriyaları, kitabxana, üzmə hovuzu, fitnes mərkəzi, kafe, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olmuşlar.

Zakir Həsənov: “Ordu qarşısında bir vəzifə dayanır - müharibəyə hazır olmaq”

16 İyun 2017 17:45

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışının məzunları ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edərək ilk zabit rütbələri almaları münasibətilə onları təbrik edib.

“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib

16 İyun 2017 17:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdab şəhər Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, konfransda çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev ölkəmizdə dinə dövlət qayğısından bəhs edib. R.Hacıyev Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun təzahürü olaraq 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu bildirib.