Sosial
“Azərbaycan Dəmir Yolları” Çin şirkəti ilə protokol imzalayıb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çinin Ningxia Kommersiya Departamentinin baş direktor müavini, Ningxia Liman Ofisinin direktoru cənab Kong Guohuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətdən daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının iki istiqamətindən biri olan və Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir. Sonra “Beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili” məsələsi müzakirə olunub.
Mərkəzi Asiyada münaqişələrin qarşısının alınmasında qadınların və gənclərin rolundan danışılacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Dr. Gülşən Paşayeva Mərkəzi Asiya üçün BMT-nin Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin və BMT Qadınlar təşkilatının birgə təşkilatçılığı ilə “Mərkəzi Asiyada münaqişələrin qarşısının alınmasında qadınların və gənclərin rolu” mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün Qazaxıstana səfər edəcək. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, mərkəzin direktor müavini konfransda çıxış edəcək.
Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur
Bu gün Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur ki, onların da 59-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 84-ü müxbir üzvü, 1528-i professor, 273-ü isə dosentdir.
Azərbaycanda yürüdülən plüralizim siyasəti öz nəticəsini verməkdədir
Bir qayda olaraq demokratiya yolunu tutmuş ölkələrdə demokratik ənənələr, prinsiplər ən yüksək səviyyədə qorunur, onlara əməl edilir. Bu ənənələr, prinsiplər sırasında fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm xüsusi yer tutur. Azərbaycan da demokratik cəmiyyətin bir üzvü olduğu, bu yolda addımladığı üçün qeyd edilən prinsiplər, ənənələr qorunur, onlara əməl edilir.
Yavər Camalov Belarus səfirini qəbul edib
İyunun 19-da müdafiə sənayesi naziri Yavər Camalov Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib. Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Belarusun Azərbaycandakı hərbi attaşesi polkovnik Andrey Lemeşevski də görüşdə iştirak edib.
ADU rektoru: "Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək"
“Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək”. Bunu Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla deyib. Rektor ADU-nun kitabxanasının yaxşılaşdırılması istiqamətində də addımlar atılacağını bildirib: “Təhsil naziri Mikayıl Cabbarov məni Azərbaycan Dillər Universitetinin (ADU) kollektivinə təqdim edib getdikdən sonra dedim ki, kitabxananı görmək istəyirəm. Mənə dedilər ki, əsas binada kitabxana yoxdur, kitabxana universitetin başqa binasına köçürülüb. Mən buna çox təəccübləndim. Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”.
Fikir, söz və məlumat azadlığının təminatçısı
Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra əsas diqqət yetirdiyi məsələlərdən biri də müstəqillik ənənələrinə xas xüsusisyyətləri, demokratik prinsipləri inkişaf etdirmək, demokratiyaya sadiqliyini nümayiş etdirmək idi. Demokratik ənənələr, pirinsiplər isə ilk növbədə fikir, söz, ifadə məlumat azadlığının necə təmin olunmasında özünü göstərirdi.
Dənizkənarı Milli Parka giriş iyunun 20-dən 26-dək bağlı olacaq
Bakıda keçiriləcək "Formula 1” yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, ümumi ərazisi 14 km olan Dənizkənarı Milli Parkın yalnız 3 km-dən bir qədər az – “köhnə bulvar” olan hissəsi bağlanacaq.
Evlənmək istəyən 279383 nəfər müayinədən keçib
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan may ayının sonuna qədər müayinədən 279383 nəfər keçib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, 1 iyun 2015-ci il – 31 may 2017-ci il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. İndiyə qədər müayinədən keçmiş 11773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə sifilis, 203 nəfərdə isə QİÇS aşkar olunub.
Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzində ilk böyrək transplantasiyası
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yeni açılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində ilk böyrək transplantasiyası uğurla həyata keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, xroniki böyrək xəstəliyindən əziyyət çəkən vətəndaşa qardaşının böyrəyi köçürülüb. Mərkəzin müdiri, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev bu barədə məlumat verib: "Mərkəzimizdə böyrək köçürülməsi üçün lazım olan şərait və avadanlıqlar dünya standartlarına uyğundur. Böyrək transplantasiyasına namizəd olan xəstə və donor çox ciddi bir şəkildə araşdırılır. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarılır. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra xəstəyə böyrək köçürülür."
Yerli istehsal və ixracatın stimullaşdırılması
On ildən artıqdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsas diqqət mərkəzində olan məsələlərdən biridir. 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ilə əsası qoyulan bu prosesin müsbət nəticələri də artıq özünü göstərməkdədir. 2014-cü ildən bəri dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra iqtisadi sahədə baş verən qlobal böhranın Azərbaycana minimum səviyyədə təsir göstərməsinin də təməlində məhz sözügedən dövlət proqramları dayanırdı. Zamanında həyata keçirilən regional proqramlarin uğurla icrası nəticəsində istər paytaxt, istərsə də əyalətlərdə yeni istehsal müəssisələrinin açılmasının məntiqi nəticəsi idi ki, böhran zamanı Azərbaycanda digər ölkələrdə olduğu kimi kəskin ərzaq qıtlığı və bahalaşması müşahidə edilmədi. Bu müsbət tendensiya bir tərəfdən də hökumətin zamanında atdığı antiböhran tədbirləri nəticəsində mümkün oldu.
Elçin Hüseynbəyli yazır... Belə-belə işlər
Ötən yazımda bəziləri elə başa düşüblər ki, “bizim” deyəndə öz həyətimizi nəzərdə tuturam və “vosmoy bazarı”nın altından uzanan “Heydər Parkı”ndakı çayxana-kafelər, atraksionlar mənə məxsusdur, ona görə də iradlarımdan nəticə çıxarmayıblar: yenə də skamyaların ətrafı tum qabıqlarıyla doludur, çips qutuları elədən elə-belədən belə parkın ortasında fırlanır. Və sən demə, parkın dərd-sərini də elə oranı süpürənlər, siqaret kötüklərini dənləyənlər, ağac və çiçəkləri sulayanlar çəkir. Parkın səlirə-sahmanına məsul nəzarətçilər isə əlləri ciblərində gəzirlər.
Akademikdən “Azadlıq Radiosu”na: “Gəlin, siz də tərəfsiz jurnalist olun”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun “Azadlıq Radiosu”na müsahibəsi. Qeyd edək ki, akademik “Azadlıq Radiosu”nun tərəf tutan suallarını ciddi arqumentlərlə darmadağın edib.
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib
“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu Qirməki Altı Lay Dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul vermiş, 678-726 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 19-da Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycanda ikisi gürcü pravoslav xristian dini icması olmaqla 28 qeyri-müsəlman dini icmanın dövlət qeydiyyatından keçdiyini qeyd edən Komitə sədri müsəlman dini icmalarla yanaşı qeyri-müsəlman dini icmalara da hərtərəfli diqqət və yardım göstərildiyini vurğulayıb.














