Sosial

"WhatsApp" internetsiz də işləyir - Telefonunuzda bunu edin

19 İyun 2017 17:36

Dünyanın ən böyük mesajlaşma platforması olan "WhatsApp"ın internetsiz şəraitdə də istifadə edilməsi mümkündür.  Əməliyyat hələlik yalnız android əsaslı cihazlar üçün mümkündür. Yəni internetsiz "WhatsApp" istifadəsi "iPhone" istifadəçilərini əhatə etmir.

DİM: Apellyasiya Komissiyasına müraciət edən 91 şagirdin qiyməti dəyişdirilib

19 İyun 2017 17:33

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını açıqlayıb.

Smartfon istifadəçilərinə XƏBƏRDARLIQ

19 İyun 2017 17:31

"Kaspersky Lab" şirkətinin əməkdaşları "Android" smartfonlar üçün nəzərdə tutulan yeni troyan aşkar ediblər.  Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən verilən məlumata görə, "Google Play" onlayn mağazası vasitəsilə yayılan zərərverici proqram, yeni üsullardan istifadə edərək qurğunu "root" imtiyazlara keçirməyə qadirdir. "Dvmap" adı alan ("Kaspersky Lab"ın təsnifatına görə) virus, "Google Play"ə müxtəlif tətbiqetmələr adı altında məsələn, sadə  məntiqi oyun formasında yüklənilib. Tədqiqatçılar bildirirlər ki, "Dvmap Android"in tətbiqetmələr olan rəsmi mağazasından 50 min dəfədən artıq  yüklənilib.

Deputat: Səhiyyə sahəsində aparılan islahatlar müsbət nəticələr verməkdədir

19 İyun 2017 17:08

“Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verir”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Azərbaycanda gender siyasəti uğurla həyata keçirilir

19 İyun 2017 17:06

“Hazırda əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilmə tarixi hələ məlum deyil

19 İyun 2017 17:05

İyulun əvvəlində Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilmə tarixi məlum olacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, iyulun 4 ya 5-də Türkiyənin Qars vilayətində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Gürcüstanın dəmir yolu rəisi və nəqliyyat naziri ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi müəyyən ediləcək: “Bu görüşdən sonra artıq dəqiq tarix barədə məlumat verə biləcəyik”. 

Bağlanan 11 bankın əmanətçilərinə 734,2 mln. manat kompensasiya ödənilib

19 İyun 2017 17:01

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb. Fonddan “Olaylar”a verilən məlumata görə, iyunun 16-na “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 222 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 mln. 971 min manat (ümumi kompensasiya öhdəliyinin 85%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 

Dövlət Dəniz Administrasiyasının nümayəndələri Nyu-Yorkda olublar

19 İyun 2017 17:00

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Nyu - York şəhərində keçirilən “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27 – ci iclasında iştirak edib.  

"Formula-1" bolidlərinin Bakıya gətirilməsinə başlanılıb

19 İyun 2017 16:41

"Formula-1" Azərbaycan Qran-prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq HavaLimanına yüklərin gətirilməsinə başlanılıb. Hava limanının mətbuat xidmətindən  verilən məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilib. Daha iki reys bu həftə yerinə yetiriləcək. Reysləri "Silk Way Airlines", "Cargolux", "Qatar Cargo" və "AirBridgeCargo" yük aviaşirkətləri yerinə yetirirlər. "Formula-1" Azərbaycan Qran-prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Bakı və Abşeronda sürüşmələr aktivləşib, çökmə və uçqun baş verib

19 İyun 2017 16:34

Ötən həftənin sonu atmosfer yağıntılarından sonra Bakı və Abşeron yarımadasındakı sürüşmə sahələri aktivləşib, bəzi yerlərdə çökmə və uçqun prosesləri baş verib. 

İslam həmrəyliyi və müasir çağırışlar mövzusunda tədbir keçirilib

19 İyun 2017 16:12

Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 19-da “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, konfransda Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski konfransı giriş sözü ilə açaraq rayondakı sabit dini durum barədə məlumat verib.

BMT-nin Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27 – ci iclası keçirilib

19 İyun 2017 16:11

Nyu – York şəhərində “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27 – ci iclası keçirilib. “OLAYLAR”-ın Dövlət Dəniz Administrasiyasına istinadən verdiyi xəbərə görə, sessiyada DDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycanlı alim ABŞ – da tətqiqat aparacaq 

19 İyun 2017 16:10

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova ABŞ-ın Azərbaycandakı səfirliyinin 2017-2018-ci il üçün elan etdiyi “Fulbrayt” Elmi-Tədqiqat Proqramının qalibi olub.

“Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

19 İyun 2017 16:08

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrinin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.Universitetdən “Olaylar” – a bildirilib ki,  Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu susteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə keçirilir.

ƏMDK ilə VXSİDA arasında memorandum imzalanacaq

19 İyun 2017 16:07

İyunun 20-də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq istiqamətləri, iki tərəfli əlaqələrin perspektivləri müəyyən edilməsi ilə bağlı tədbir keçiriləcəkdir.