Sosial

Nazirdən akademik borclar barədə əmr

20 İyun 2017 12:39

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na etdiyi dəyişikliyin tətbiqi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Növbəti buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlandı

20 İyun 2017 11:56

DİM tərəfindən iyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir. 

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

20 İyun 2017 11:45

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb. Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. 

Bakıda ilk dəfə “Ulduz Premium Chocolate” butiki açıldı

20 İyun 2017 11:36

Ulduz şokolad fabriki Bakının Neftçılər prospekti 91 ünvanında (Qız qalasının yaxınlığında) ilk “Ulduz Premium Chocolate” butikini açıb. Şirkətin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, fabrik dünya şokolad tarixində ilk dəfə olaraq ənənvi dadlar ilə yanaşı milli dad olan kəklikotulu və darçınlı şokoladlar da satışa çıxardıb. Respublikamızda həyata keçirilən beynəlxalq tədbirləri və gələn çox saylı qonaqları, o cümlədən turistləri nəzərə alaraq fabrik şokolad məhsularının üst dizaynında və qablaşdırılmasında da çalışıb ki, Azərbaycanın milli ornamentlərini, tarixi abidələrini əks etdirsin.

Gənc Elçi Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

20 İyun 2017 11:34

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçısı Elmar İbrahimov Bolqarıstanın Bansko şəhərində keçirilən “Youth 4 peace” adlı layihədə iştirak edib. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, layihədə Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, Polşa, İspaniya, Birləşmiş Krallıq, Rumıniya və Kipr ölkələrindən 30 gənc təmsil olunub. Layihənin məqsədi gənclərin münaqişə idarəetməsi, sülhməramlılıq və qeyri-zorakılıq əsas mahiyyətlərini dərindən qavraması, iştirakçıları qeyri-zorakılığın mahiyyəti ilə tanış etmək, ondan istifadənin ən yaxşı yolu və sülhməramlılığın bərqərar olması üçün yerli vəziyyətlərə və şəraitə uyğunlaşdırılması və fəal çalışması üçün onların bilik və bacarıqlarını qeyri-rəsmi təhsil vasitəsilə inkişaf etdirilməsidir.

Uşağınız dırnağını yeyirsə....

19 İyun 2017 19:54

İndi bir çox valideynləri narahat edən amillərdən biri də, azyaşlı uşağların çox vaxt öz dırnaqlarını yeməsi, bunun arzuolunmaz vərdişə çevrilməsidir. Dırnağını yeyən uşağı bu hərəkətindən çəkindirmək istəyirsinisə, əmr cümlələrini birdəfəlik unudun. Məsələn, "Dırnağını yemə!", "Əlini ağzından çək!" və s. kimi...

Gününü kompüterin qarşısında keçirənlərdə ürək tutması və insult ehtimalı 113 faiz artır

19 İyun 2017 19:50

Yeni tədqiqatın nəticələrinə əsasən, gündə ekran qarşısında dörd saatdan çox vaxt keçirən televiziya tamaşaçıları və fərdi kompyuter istifadəçiləri həyatlarını sözün əsl mənasında təhlükə qarşısına qoyurlar.

Xanımların diqqətinə: Süfrəni qurmaq bir sənətdir!

19 İyun 2017 19:10

Yemək bışırmək necə bir sənətdirsə,yeməyi bəzəyib süfrəyə gətirmək də elə bir sənətdir. Yeməyiniz nə qədər gözəl olusa olsun, əgər Siz süfrə qaydalarını bilmirsinizsə, bu gələn qonaqları da, elə Sizi də yoracaqdır. Əgər yaxşı bir qonaqlıq vermək planınız varsa, çağıracağınız qonaqların sağlıq vəziyyətlərini, yaşlarını və s.bütün detayları nəzərə almalı olacaqsınız.

Ən yalançı bürclər

19 İyun 2017 19:04

Bütün insanların ən çox işlətdiyi günah deyəsən, yalan danışmaqdır. Bir çox bürclər yalan danışır, ancaq bunu hamısı şəxsi mənfəət üçün etmir. Odur ki, kiminsə sizi barmağına dolamasına icazə verməmək üçün yalan danışmağı çox sevən zodiak işarələrini yadda saxlamaq lazımdır.

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

19 İyun 2017 19:00

Təhsil naziri Mikayıl CabbarovNazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icra olunması haqqında əmr imzalayıb. Əmr Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icrasını təmin etmək məqsədilə imzalanıb.

Yol polisi hüquqi və fiziki şəxslərə müraciət edib

19 İyun 2017 18:35

Baş Dövlət Yol Polisi İdarəsinin yay mövsümü ilə əlaqədar ölkə ərazisində avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən verilən məlumatda qeyd olunur ki, yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil  və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil edilir: “Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur.

Dərsliklərlə bağlı növbəti BİABIRÇILIQ: müəlliflər üz-üzə

19 İyun 2017 18:25

Tarixçi-alim Leyla Hüseynova 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin plagiat olması ilə bağlı müəyyən fikirlər səsləndirib. O, Təhsil Nazirliyin müsbət qiymətləndirdiyi dərsliyin plagiat olduğunu deyərək, bunu AMEA-nın Tarix İnstitutunun aşkarladığını bildirib. L.Hüseynova yeni dərslik layihəsində ciddi elmi səhvə yol verildiyini qeyd edib.

Azərbaycanda qeyri-rəsmi nikahdan doğulanların sayı artıb

19 İyun 2017 18:05

Azərbaycanda son 4 ildə ilk dəfə olaraq, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı yenidən ən yüksək səviyyəyə çatıb. Rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2012-ci ildə 27 031 uşaq dünyaya gətirilib.

Tağı Əhmədova vəzifə verildi

19 İyun 2017 18:00

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi "Əməkdar mühəndis", Texnika elmləri namizədi, "Şöhrət" ordenli Tağı Əhmədov...