Sosial
5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək
Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat faəliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.
Girişi pullu olan çimərliklərimiz
İyunun 15-dən etibarən respublika ərazisində çimərlik mövsümünə rəsmən start verilib. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə paytaxtda iyunun 15-dən çimərlik mövsümü açıq elan edilib. Havaların hələ də sərin və küləkli keçməsinə baxmayaraq dəniz sahilinə gedən insanlar tapılır. Düzdür, insanlar kütləvi şəkildə dənizdə çimməsələr də sahildə dincəlməyə üstünlük verirlər. Amma qaçılmaz reallıqdır ki, qısa müddədən sonra əsil çimərlik mövsümü başlanacaq. Həm də nəzərə almaq lazımdır ki, artıq bir neçə ildir ki, ənənvi xarakter almış amillər çimərliklərdən istifadəyə maneəçilik yaradır. Çimərliklərin ekoloji vəziyyəti, girişin pullu olması, eləcə də bəzi çimərliklərin ətrafına hasar çəkilməsi vətəndaşların bu hüquqdan istifadəsini məhdudlaşdırır. Belə bir şəraitdə çimərlik ərazilərimiz mövsümə hazırdırmı?
Məleykə Abbaszadə: “Dövlət qulluğunda çalışanlar hər 5 ildən bir attestasiyadan keçəcək”
“Dövlət qulluğunda işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Yol polisi müğənni Nigar Camalın sosial şəbəkədə yazdığı statusla bağlı araşdırmaya başlayıb
Yol polisi müğənni Nigar Camalın sosial şəbəkədə paylaşması ilə bağlı araşdırmaya başlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, iyunun 18-də tanınmış müğənni Nigar Camalın şəxsi “facebook” hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb: “Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün ilk növbədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq.
“Gənclər narkotiklərə YOX deyirlər!” mövzusunda yürüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan “İnsan ekologiyası : Gənclər narkotiklərər YOX deyirlər! yürüşünün təşkili” mövzusunda layihəyənin icrası uğurla başa çatıb. İctiami Birlikdən “Olaylar”a verilən məlumatda qeyd olunur ki, aprel ayından icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lənkəran və Astara rayonlarının seçilmiş məktəblərində iki mərhələdə həyata keçirilib. Layinənin birinci mərhələsi çərçıvəsində Lənkəran şəhər 8 saylı tam orta məktəbi və Astara rayonu Suparibağ kənd orta məktəbinin yuxarı sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminarlar təşkil olunub.
"Formula 1"-lə əlaqədar Bakının mərkəzi küçələri nəqliyyatın hərəkəti üçün bağlanıb - SİYAHI
"Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bu gündən məhdudlaşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, "Formula 1" yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.
I sinifə qəbul üzrə müsabiqə iyunun 30-da yekunlaşır
Paytaxtda I sinfə qəbul üzrə müsabiqə mərhələsi davam edir. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki 287 nömrəli "Zəkalar" liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinifə qəbul üzrə müsabiqə iyunun 6-dan başlayıb və iyunun 30-da yekunlaşacaq.
Müsahibəni sertifikat əvəz edəcək
"Dövlət qulluğuna qəbuldan keçən namizədin aldığı sertifikat həmin vəzifə və onun alt qrupuna daxil olan bir neçə vəzifə üzrə keçərli olacaq". “Olaylar” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.
Yardımçı təsərrüfat 375 min manata satışa çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 18-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək. Komitədən “Olaylar"a verilən məlumata görə, hərraca 25-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsi olmaqla ümumilikdə 124 əmlak çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir.
7 kiloqramdan artıq qızıl külçələr aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi “Toyoto Prado” markalı, 85-CE-076 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarətini həyata keçirmək məqsədilə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib.
Leysan yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq
İyunun 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Dövlət başçısının Azərbaycan dilinin tarixi inkişafına aid möhtəşəm dilçilik əsəri
Müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan bu Fərman Azərbaycan ədəbi dilinin keçdiyi şərəfli inkişaf yolunu elmi cəhətdən işıqlandıran ən mühüm sənədlərdən biridir.
Banklar əhali ilə münasibətlərini dəyişməlidir
Dünyada baş verən iqtisadi geriləmənin təsiri nəticəsində ölkənin kredit sistemində yaranan problemin həlli məqsədilə qanunvericilik aktlarında xeyli sayda dəyişiklik edilib. Xüsusən, “Banklar haqqında” qanunda xeyli sayda dəyişiklik edilib ki, bununla da pul-kredit siyasətinin və manatın məzənnəsinin qorunub saxlanması mümkün olub.
Müşfiq Ələsgərli “Formula-1”-in siyasi əhəmiyyətindən danışdı
“2012-ci ildə Azərbaycanda keçirilən “Avroviziya” mahnı müsabiqəsindən başlayaraq, Azərbaycan demək olar ki, hər il hansısa beynəlxalq yarışmaya ev sahibliyi edir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Yusuf Məmmədəliyev: "İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən siyasət sayəsində uğur qazanan məhz gənclik olacaq"
Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.














