Sosial

Bir qrup hərbçi şəhid mayorun ailəsinə baş çəkib

16 Avqust 2017 19:05

Bu gün bir qrup hərbi qulluqçu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı ötən ilin aprel döyüşlərində şəhid olmuş mayor Əliyev Elnur Adil oğlunun ad günündə onun ailəsinə baş çəkib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunda keçirilən tədbirdə hərbi hissənin zabitləri, qoşun təcrübəsində olan kursantlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Findiq allergiyasina diqqət

16 Avqust 2017 19:05

Fındıq allergiyası ən çox təsadüf olunan qida allergiyalarının bir növüdür. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası xəbər verir ki, aparılan tədqiqatların nəticəsində uşaqların təxminən doqquz faizində fındıq allergiyası aşkar edilib. Allergiya əlamətləri fındıq yedikdən 2 saat sonra ortaya çıxır. Bu əlamətlər allergik şoka qədər irəliləyə bilər.

Azərbaycanda arxeoloji qazıntı zamanı aşkarlanmış nadir tapıntılar oğurlanıb

16 Avqust 2017 18:58

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş nadir tapıntılar oğurlanıb. Nadir tapıntılar rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində aparılmış qazıntılar zamanı aşkar edilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür, yerli sakinlərin evlərində axtarış aparılır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova faktı təsdiqləyib. O bildirib ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub.

Binəqədi-Novxanı yolu çökdü

16 Avqust 2017 18:33

Binəqədi - Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi qeydə alınıb. “OLAYLAR”-ın “Azəravtoyol”  ASC-yə istinadən verdiyi xəbərə görə, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir.

"Gənclər üçün Krizis telefon xətti"

16 Avqust 2017 18:31

Avqustun 15-dən  “Krizis telefon xətti”nin işi bərpa edilib.  “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, indi 510-66-36 nömrəli telefonla gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstəriləcəkdir.

Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

16 Avqust 2017 18:28

Sabirabad rayon Həşimxanlı kənd məscidi dini icması tərəfindən “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir”  mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini xatırladaraq son dövrlər bu sahədə görülən işlərdən danışıb.

İctimai nəqliyyat vasitələrinin normal vəziyyəti yoxlanılır

16 Avqust 2017 18:26

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin mövcud vəzəyyətini yoxlamaq məqsədi ilə mütəmadi olaraq monitorinqlər keçirilir. BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, son 10 gün ərzində keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülər müəyyənləşib.

488 nəfər inzibati məsuliyyətə cəlb edilib

16 Avqust 2017 18:23

Məişət tullantılarını kənar yerlərə atdıqlarına görə 488 nəfər inzibati məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu ilin iyul və avqust ayları ərzində nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən belə tədbirlər zamanı paytaxtın Yasamal, Xətai, Səbail, Binəqədi, Sabunçu, Qaradağ, Xəzər rayonları, eləcə də respublikanın Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması hallarına görə 30 protokol tərtib edilib, 10-dan artıq istirahət mərkəzinin rəhbərləri, iki bələdiyyə sədri və fiziki şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.

Xəzərdə faciə: cəsədi tapılmır

16 Avqust 2017 17:57

Sumqayıtda dənizdə batan şəxsin axtarışları davam edir.  FHN xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfər dənizdə batıb.

Magistraturaya qəbul planı 82.58 faiz dolub - RƏSMİ

16 Avqust 2017 17:41

2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatlar açıqlanıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 13081 (ötən il 24110) bakalavr qeydiyyatdan keçib. Bildirilib ki, bu il daha hazırlıqlı və aydın məqsədi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və müsabiqənin nəticələri də gözləntilərin doğrulduğunu bir daha sübut edir.

Dinin siyasiləşdirilməsi yolverilməzdir

16 Avqust 2017 17:09

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Ağdaş RİH başçısının müavini Aynurə Novruzova ölkəmizdə tolerantlığın inkişafı, multikultural həyat tərzi, dini radikalizm və ekstremizmin qurbanı olmuş insanlar, həyata keçirilən maarifləndirmə fəaliyyətindən danışaraq, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək

16 Avqust 2017 17:08

Avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda növbəti  V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin iştirakı nəzərdə tutulur.

"Ərim məni atıb xalam qızı ilə yaşayır" - Bakıda maraqlı hadisə

16 Avqust 2017 16:37

Ərim məni atıb doğma xalamqızı ilə getdi. Oğlumla səfil vəziyyətdə qalmışıq. Nə telefona cavab verir, nə də ki bizi axtarır. Bu sözləri Mehriban Musəvi şikayətində deyib. O bildirib ki, əri hazırda xalası qızı ilə birlikdə yaşayır: "Yardımlı rayonu Nisəkələ kənd sakini Cavanşir Bəkişovla 18 il əvvəl ailə həyatı qurmuşuq. Bir il sonra öyrəndim ki, xalamqızı Sevda Həsənova ilə aralarında əlaqə olub. Dava saldım, bir də o qızın üzünə baxmayacaqdım. O evləndikdən sonra fikirləşdim ki, artıq aralarında hər hansı bir əlaqə olmaz. Ta ki ötən ilin noyabr ayında ərim bizi atıb onun yanına gedənə kimi. Cavanşir bir il əvvəl telefonda kimlərləsə yazışırdı, xalamqızı ailəli olduğu üçün onun olacağını düşünməmişdim. Amma hazırda birlikdə yaşayırlar. Qadın yetişkin iki qızı ilə birlikdə ərimin tutduğu birotaqlı mənzildə qalır.