Sosial
Xəzərdə batan 2 gəncin axtarışı davam edir
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.
Ödəmə vaxtı keçmiş kreditlərin həcmi açıqlandı
2017-ci il iyulun 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz azalaraq milli valyuta ekvivalentində 13 milyard 882,0 milyon manat təşkil edib.
Azərbaycanda ərəblərin əlindən tərpənmək olmur?
"Ərəblərin əlindən tərpənmək olmur", "Bakıda ərəblərin nalayiq hərəkətləri", "Hicablı ərəb xanımlar çimərlikdə heyrətləndirdi", "Ərəblər Azərbayana kütləvi şəkildə yerləşirlər", "Ərəblər Bakıda kütləvi şəkildə daşınmaz əmlak alırlar", "Qoyun əti ilə evlərin qiymətlərini ərəblər bahalaşdırdı", "Ərəblərin kütləvi axını Azərbaycanda radikal islamçılığı yayacaq"... Bunlar sosial şəbəkələrdə, habelə Azərbaycandakı 6-cı dərəcəli, lümpenləşmiş marginal psevdoxəbər saytlarının yaydıqları "məlumat"lardır.
DİN: "İntihar edənlərin əksəriyyəti ruhi xəstələr, xroniki alkoqolizm, narkomaniya və ..."
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkədə baş verən intiharlarla bağlı yayılan statistik açıqlamalara münasibət bildirib.
"Son illər Azərbaycandan silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb"
Ötən illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyət bir xeyli yaxşılaşıb, bu sahədəki təhdidlərin bir xeyli hissəsinin aradan qalxdığını demək olar. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov söyləyib.
Sürücülərə ara məsafəsi ilə bağlı yeni TƏKLİF- VİDEO
Sürücülərə ara məsafəsinin düzgün seçilməsi ilə bağlı yeni təklif verilib. BNA-dan verilən məlumata görə, "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. Yəni hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir.
"Qoymadım ölə, çıxartdım" - Sərnişin avtobusu "Kamaz"a çırpıldı - VİDEO
Ucarda yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının Müsüslü kəndi ərazisindən keçən 220-ci kilometrliyində qeydə alınıb. Şəmkir sakini Röyal İbrahimlinin idarə etdiyi "FORD" markalı, pomidorla yüklənmiş sərnişin mikroavtobusu əks istiqamətdə hərəkətdə olan, Ağdam sakini Bəxtiyar Səfərovun sükanı arxasında olduğu "KAMAZ"a çırpılıb.
Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər xeyli artıb
Azərbaycanda qeydə alınmış cinayətlərdən 567-si məişət zorakılığı ilə bağlı olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,6 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
12594 nəfərdə talassemiya daşıyıcılığı aşkar olundu
İyul ayında nikaha daxil olmaq istəyən 17793 nəfər tibbi müayinədən keçib. “Olaylar” bildirir ki, 1 iyun – 31 iyul 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunb. Ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Səhiyyə nazirliyi müayinədən keçmiş 12594 nəfərdə talassemiya daşıyıcılığı, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkar olunduğunu açıqlayıb.
Azərbaycanda RÜSVAYÇILIQ! Ər 18 illik arvadını atıb görün kiminlə yaşadı
Gürcüstandan telefon gətirilməsinin qarşısı alındı
Gömrükdə 39 ədəd mobil telefon aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Olaylar”a verilən məlıumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “BMV” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Müəllimlər üçün ixtisasartırma proqramı təşkil edilir
Paytaxtda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən daxil olub.
Əli Həsənovun həbsdəki nəvəsi ilə bağlı TƏZƏ XƏBƏR —BU DA OLDU
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov işdən uzaqlaşıb. Bundan sonra N. Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək. M. Mustafayev açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.
Komaya düşən Elçin Əlibəyli əməliyyatdan sonra: “Heç nədən xəbərim olmayıb”
Tanınmış teleaparıcı, Publika.az saytının baş redaktoru Elçin Əlibəyli iki gün əvvəl cərrahiyyə əməliyyatı zamanı komaya düşmüşdü. Buna səbəb əməliyyat əsnasında aparıcının şəkərinin qalxması olmuşdu. 2 saat sonra komadan çıxmışdı.
Bu “WhatsApp” yazışması rekord qırır: - “Qızın şəklini at baxım”
Bu dəfə sosial şəbəkədə iki dostun yazışması yayılıb. Belə ki, dostlardan biri evlənmək fikrində olduğu qızın fotosunu öz dostuna atdıqdan sonra bu əməlinə görə peşman olub.














