Sosial
Paytaxt məktəblərində “Bilik Günü” qeyd edilib
Bu gün paytaxtın ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri iştirak edib.
Hesablama Palatasının səlahiyyətləri artırılır
“Hesablama Palatası haqqında” qanun dəyişdirilir. “Olaylar”ın məlumatına görə, dəyişiklikliyə əsasən Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirilməsi nəzərdə tutulur: Dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının ğzəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olunmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamnı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Azərbaycan respublikasının Baş Prokurorluğuna göndərir.
Rəqabət Məcəlləsi yenə də mübahisəyə səbəb oldu
“Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı bu yaxınlarda mənim Prezident Administrasiyasının rəsmisi ilə görüşüm oldu. Rəqabət Məcəlləsi ilə əlaqədar olaraq, qanunda bir neçə mübahisəli məsələlər var.
Azərbaycanın müstəqilliyinə verilən töhvə
““Yeni Əsrin Müqaviləsi” ölkəmiz üçün çox əhəmiyyətlidir. 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək”.
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Əli Kərimlinin köməkçisi azadlığa buraxıldı
Fəaliyyətini dayandırmış "Azadlıq" qəzetinin əməkdaşı Faiq Əmirlinin apelyasiya şikayəti üzrə məhkəmə keçirilib. Məhkəmə onun həbsdən buraxılmasına qərar verib.
Erməni mahnısı çalındığı deyilən Masazır məktəbdən CAVAB - VİDEOFAKT
Masazırda yerləşən 3 saylı məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar. Valideynlərdən birinin sosisal şəbəkədə yazdığına görə rəqs üçün seçilən musiqi erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyası olub.
Avtomobildə siqaret və araq aşkar edildi
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda aksiz markasız siqaret və araqların realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Mercedes-Benz Vito” markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.
Xəzər rayonunda 6 otaqlı ev yanıb
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 m2 olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının qurtuluş günü-15 sentyabr
“Bu gün Nuri Paşanın komutanlığı altında olan Qafqaz İslam Ordusunun indi içində rahat dolaşdığımız, paytaxtımız kimi təbliğ etdiyimiz, haqqında şeirlər yazıb, mahnılar oxuduğumuz bu şəhəri erməni-bolşevik qatillərindən azad etdiyi gündür. Onlar bu torpaq uğrunda şəhid olublar, bizi erməni-bolşevik soyqırımından xilas ediblər, bu gün Bakının məhz bir Azərbaycan şəhəri kimi qalmasını təmin ediblər.
Bu il Azərbaycanda tələbə adını qazanan hər 20 abituriyentdən biri AzTU-nu seçib
Sentyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) “Bilik Günü” münasibətilə tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını “Bilik Günü” münasibətilə təbrik edib.
Ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq
2017-2018-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq. Bu barədə məlumat “OLAYLAR”-a Təhsil Nazirliyindən daxil olub. Bildirilib ki, birinci sinfə gedən şagirdlərin sayı isə 164 945 nəfərdir. 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib, ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.
Turizm bələdçiləri üçün Geyim Kodeksi hazırlanacaq
Gəlmə turizm komitəsinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclas iştarıçıları daxili bazarda müşahidə olunan cari problemləri müzakirə edib, ölkəyə gələn turistlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və qarşıda duran çağırışlarla cavab vermək üçün təkliflər səsləndirilib.
Masazırda orta məktəbdə erməni havası – Şagirdlər “Artsax” kompozisiyasına oynadıldı
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranıb
Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Son illərdə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilir.














