Sosial
Milli Şuranın sədri Dünya İqtisadiyyat Forumunun illik yığıncağında
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İsveçrənin Cenevrə şəhərində keçirilən Dünya İqtisadi Forumunun “Global Shapers” icmasının İllik Yığıncağında iştirak edib. Təşkilatdan “OLAYLAR”-a bildirilib ki, Ceneva şəhərində keçirilən “Global Shapers” icmasının illik yığıncağı açılış mərasimi ilə start verilib. Açılış mərasimində Dünya İqtisadi Forumu təsisçisi və rəhbəri Klaus Şvab iştirak edib. Daha sonra yığıncağda cari ilin hesabatı dinlənilib. Yığıncağın növbəti günlərində 2018-ci ilin əsas prioritetləri müəyyənləşdirilib və dəyişiliklər edilib.
Aşıq Ədalətin nəşi evindən çıxarıldı, qızının halı pisləşdi – VİDEO
"Bu verilişə qatılanların yarısı fahişədir" deyən müğənnidən daha bir ŞOK İDDİA - VİDEO
Vatsap daha bir YENİLİYƏ imza atdı
Övladlığa uşaq götürmək arzusunda olanlara — ŞAD XƏBƏR
Şəkərin səviyyəsini aşağı salan ucuz kələm RESEPTİ
Kassandra SİNDROMU: insanlar ÖNCƏGÖRMƏLƏRƏ inanmadı, GÖRÜN NƏ BAŞ VERDİ - FOTO
Bu gün Bilik günüdür
Bakıda qız ona yaxınlaşan oğlanın başına oyun açdı - VİDEO
Qozun bağırsaqlara faydası sizi heyrətə gətirəcək
Araşdırmalar nəticəsində məlum olub ki, qoz bağıraqlardakı bakteriyaları məhv edib həzm sistemini yaxşılaşdırır. Araşdırma Louiziana Universitetinin Fiziologiya fakültəsinin kafedra müdiri Lauri Byerley tərəfindən aparılıb. O, açıqlamasında bildirib ki, araşdırma siçanlar üzərində aparılıb. Onlar iki hissəyə ayrılıb və onlardan yalnız bir qrupuna qoz verilib. Qoz yeyən siçanlarda yeməyənlərlə müqayisədə faydalı bakteriyaların sayının artdığı müşahidə olunub.
Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə UNİCEF-lə əməkdaşlıqda görülən işlərin nəticələri, həmçinin əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.
Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 21 Sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyamızı qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, millət vəkili Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının şöbə şöbə müdiri Faiq Ağayev ayrı-ayrı qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
Deputat: Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində mühüm addımlar atılır
“Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın iqtisadi-sosial inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarıb”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. Ə.Əmiraslanov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir.
Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”
“Milli Elmlər Akademiyasının İnstitut direktorlarına tövsiyə edirəm ki, magistrlər və doktorantlara mövzular seçəndə xırdalığa yol verməsinlər. Xırdalıq keçmişdə qaldı”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə magistrlərlə görüşündə deyib.
AHİK sədri: Əmək miqrantlarının hüquqlarının qorunması vacib şərtdir
2017-ci il sentyabrın 12-də Moskvadakı Əmək sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) VIII qurultayı keçirilib. Qurultayın işində sıralarında 50 milyon işçini birləşdirən MDB müstəqil dövlətlərinin həmkarlar ittifaqları birliklərini və beynəlxalq sahə həmkarlar ittifaqları birliklərini təmsil edən 131 nümayəndə iştirak edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Olaylar”a verilən məlumata görə, hesabat məruzəsi ilə ÜHİK-in baş katibi V.Şerbakov çıxış edib. Qurultayda həmçinin ÜHİK-in nəzarət-təftiş komissiyasının hesabatı da dinlənilib. Məruzə ətrafında müzakirələrdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev qeyd edib ki, ÜHİK-in həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi maraqlarının müdafiəsində oynadığı rol əvəzsizdir: “Azərbaycan Milli Məclisi tərəfindən BƏT-in 11 Konvensiyasından altısı artıq ratifikasiya olunub.



.jpg)










