Sosial

Səlim Müslümov BƏT-in 10-cu Avropa Regional İclasında çıxış edib

3 Oktyabr 2017 15:41

Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası keçirilir. Avropa və Mərkəzi Asiya ölkələrindən hökumət, işəgötürən və işçilərin nümayəndələrinin iştirak etdiyi Tədbir BƏT-in Baş direktoru Qay Rayderin  “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” mövzusunda hesabat məruzəsinin dinlənilməsi və məruzə ətrafında müzakirələrin aparılması ilə başlayıb.

Bilik Fondundan yeni layihə – “Ekran və efirdə ədəbi dil normaları”

3 Oktyabr 2017 15:40

Bilik Fondu Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlayıb. Olaylar bildirir ki, ilk təlim Xəzər televiziyasında gənc aparıcı və reportyorların iştirakı ilə keçirilib. Layihə barədə iştirakçılara ətraflı məlumat verən Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Fondun “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçiriləcək.

Çin Xalq Respublikasının yaranmasının 68 illiyi

3 Oktyabr 2017 15:14

 Oktyabrın 3-də  Dillər Universitetinin  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin Xalq Respublikasının yaranmasının tarixi” mövzusunda Çin Xalq Respublikasının yaranmasının 68 illiyi – milli bayramına həsr olunmuş tələbə elmi seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin Xalq Respublikasının yaranmasının tarixi səbəbləri və bu hadisənin XX əsrin dünya siyasi tarixində əhəmiyyətindən danışaraq, Çin Kommunist Partiyası və ÇXR-in banisi, xalq inqilabının lideri Mao Tszedunun Çin tarixindəki rolu üzərində xüsusilə dayanıb.

Kitabxana-İnformasiya Mərkəzi diploma layiq görülüb

3 Oktyabr 2017 15:13

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında keçirilmiş “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfransda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrasının müəllimləri Tamilla Əsgərova, Günay Baxşəliyeva və Natiq Mürsəlov məruzə ilə çıxış ediblər.

BDU və  Karlova Universitetinin 45 illik əməkdaşlığı

3 Oktyabr 2017 15:13

Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar bildirir ki, rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1972-ci ildə BDU və Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə hər iki ali təhsil ocağı üçün səmərəli olub, təhsil və elmimizə fayda gətirib.

Mədəniyyət Mərkəzində Özbəkistanın Müəllimlər Günü münasibətilə mərasim keçirilib

3 Oktyabr 2017 14:57

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev muzeyində Özbəkistanın Müəllimlər Gününə həsr olunan mərasim keçirilib. Tədbirdə Özbəkistanın ali və orta məktəblərində, kollec və liseylərində çalışan azərbaycanlı müəllimlər iştirak ediblər.

Avtoqəzada 3 nəfər dünyasını dəyişib

3 Oktyabr 2017 14:49

Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azərbaycanın Dostları Assosiasiyasının sessiyası keçirilib

3 Oktyabr 2017 14:48

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının (ADA) İcra Şurası ölkənin Konyak şəhərinə ikigünlük səfər edib və ilk dəfə olaraq təşkilatın Parisdən kənarda sessiyası keçirilib.  

Azərbaycanda həyata keçirilən sosial siyasətin nəticələri uğurludur

3 Oktyabr 2017 14:46

"Azərbaycanda həyata keçirilən sosial siyasətin nəticələri uğurludur".  “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri  Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatınən tədbirinə qatılacaq

3 Oktyabr 2017 14:44

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 6-dan 8-dək İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək.

Zorakılığa məruz qalanlar...

3 Oktyabr 2017 14:34

Son zamanlar gündəmi zəbt edən təcavüz xəbərləri hər kəsi narahat edir. Çox zaman ailələr ya təcavüzə məruz qalmış şəxsdən (qızından, xanımından) imtina edir, ya da cinayətkarı özləri cəzalandırmağı doğru hesab edirlər. Problemin aktuallığını nəzərə alaraq məsələ ilə bağlı hüquq müdafiəçisi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü  Asif Abdullayevlə görüşdük.

Bölgələrdə səhiyyə xidmətləri yaxşılaşdırılır

3 Oktyabr 2017 14:23

Azərbaycanın sürətli iqtisadi inkişafı  bütün sahələr kimi səhiyyənin də inkişafına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər bu sahədə inkişafı şərtləndirən başlıca amillərdəndir.  

Neftə əsaslanan modeldən innovasiyalı inkişafa keçid

3 Oktyabr 2017 14:12

“2017-ci ilin ilk yarımili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib”. Bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək

3 Oktyabr 2017 14:08

Azərbaycan Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bunu MŞ sədri Əflatun Amaşov deyib. O bildirib ki, Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası fəaliyyətini genişləndirib: “Məbuat Şurasının üzvləri, media nümayəndələri həmin komissiyanın işində iştirak edirlər. Artıq bundan sonra Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Reketliklə bağlı məsələni daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin”.