Sosial

Bizi qovuşdurdun, payız!

3 Oktyabr 2017 13:52

İllər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heç bir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar kövrəlir və soyuqluğu hiss edir. Payız ayında kəndə gedirəm, küçələri dolaşıram, dolaşıram meşələri, Cıdır düzünü,  payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarpaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam, payız.

Gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqları artırılacaq

3 Oktyabr 2017 13:32

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilir.

Yasamalda yol çökdü  

3 Oktyabr 2017 13:26

İntensiv yağışlar nəticəsində bu gün səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.

Əcnəbilər Şamaxıda fövqəladə vəziyyətə düşdülər

3 Oktyabr 2017 13:23

“Avqustun 3-də 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub”. Bu barədə Dövlət Dəniz Administrasiyasından məlumat verilib. Bildirilib ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb. Hal hazırda mümkün vasitəslərlə axtarış – xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

Tədris Cərrahiyyə Klinikasında  - Nadir Əməliyyat

3 Oktyabr 2017 13:21

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nadir cərrahiyyə əməliyyat həyata keçirilib. Olaylar bildirir ki, pilorostenoz xəstəliyindən əziyyət çəkən iki körpə əməliyyat olunub. ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun sözlərinə görə, son 1 həftə ərzində pilorostenoz xəstəliyi diqanozu ilə klinikaya iki uşaq daxil olub.Uşaqlardan birində xəstəlik həyatının 52-ci günündə, digərində isə 9-10-cu günündə özünü biruzə verib. Nəticədə hər iki uşaqda diaqnostik çətinlik olduğuna görə, klinikaya gecikmiş halda ağır hipotrofiya ilə daxil olub.

Yağış davam edəcək

3 Oktyabr 2017 13:20

Oktyabrın 4-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi  əsəcək. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 11-13° isti, gündüz  14-16° isti, Bakıda gecə  11-13°, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunu təşkil edəcək.  

Şöbə müdiri: "Alkoqolizmlə bağlı dağ rayonlarından müraciətlər daha çox olur"

3 Oktyabr 2017 12:50

Alkoqolizm xəstəliyi ilə bağlı Respublika Narkoloji Mərkəzinə əsasən dağ rayonlarından müraciətlər daha çox olur. Bunu Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov deyib. Şöbə müdirinin sözlərinə görə, digər narkoloji xəstəliklərdən fərqi olaraq alkoqol birbaşa sinir sisteminə məhvedici təsir göstərir, insanda şəxsiyyətin aşınmasına səbəb olur: "Şəxsiyyət aşındıqca isə insanın normal psixi fəaliyyəti və özünə tənqidi zəifləyir. Alkoqolizmin gecikmiş mərhələdə daha çətin müalicə olunur".

Qocalar evində tədbir

3 Oktyabr 2017 12:29

Mədəniyyət və Turzim Baş İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Ahıllar günü münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Qocalar evində tədbir keçirilib. Olaylar bildirir ki, tədbiri aparıçı Humay Muxtarova açaraq, iştrakçılara Beynəlxalq Ahıllar gününün yaranma tarixindən məlumat verib. Tədbirdə Mədəniyyət və Turzim Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, Qocalar evinin direktoru Qətibə Əsədova, Azərbaycan Kyokuşin Karate Federasiyasının nümayəndələri çıxış edərək ahılları təbrik ediblər.

İsa Həbibbəyli Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyətini qəbul etdi

3 Oktyabr 2017 12:29

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüşüb. Olaylar bildirir ki, görüşdə İ.Həbibbəyli Azərbaycan-Çin elmi əlaqələrinin müasir inkişaf istiqamətlərindən danışıb. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan akademik Çindən Azərbaycana tez-tez müxtəlif elm sahələri nümayəndələrinin səfərlərinin təşkil olunduğunu və elmi əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müsabiqə elan edir

3 Oktyabr 2017 12:28

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə  müsabiqə elan edir. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumata görə, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Qlobal Sahibkarlıq Şəbəkəsində keçirilən tədbirdə iştirak edib

3 Oktyabr 2017 12:26

"Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan” idarə heyətinin üzvü Müşfiq Həsənov Taylandda “Digital Thailand Big Bang 2017” çərçivəsində keçirilən “GEC+Bangkok” adlı tədbirdə iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, tədbir Qlobal Sahibkarlıq Şəbəkəsi və Taylandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirin məqsədi sahibkarlar və təşkilatlarının rəqəmsal innovatorların bilikləri, yeni biznes dəstək proqramları, hökumət siyasəti və media bilikləri arasında körpü yaradan tədbirdə iştirakını təmin etməkdir.

Füzulidə 1000-ə yaxın yas mərasimi israfsız keçirilib

3 Oktyabr 2017 12:19

2014-cü ildən etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri  təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Artıq dörd ildir rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır.

Əbülfəs Qarayev bu teatrlarda kadr dəyişikliyi etdi

3 Oktyabr 2017 12:18

Bölgə teatrlarında kadr dəyişikliyi olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. 

QHT-lərin islam həmrəyliyi ilə bağlı fəaliyyəti QHT TV-də işıqlandırılacaq

3 Oktyabr 2017 12:00

Bu barədə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib. QHT rəhbəri bildirib ki, bu fəaliyyətlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “İslam həmrəyliyinin təbliği ilə bağlı QHT-lərə informasiya dəstəyinin göstərilməsi” layihəsi çərçivəsində baş tutacaq.