Sosial
General Novruzəli Orucovun oğlunun məhkəməsində videogörüntülər araşdırılacaq
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, hadisə vaxtı avtobusdakı videogörüntülərin götürülməsi ilə bağlı sorğu verilib. Bu sorğuya cavab gözlədikləri üçün proses oktyabrın 10-dək təxirə salınıb.
Çaylarda daşqın gözlənilir
Ölkədə yağan yağışlar nəticəsində dünən respublikanın bütün çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, ən çox artım Lənkəran-Astara bölgəsindən keçən Lənkəran çayda (56 sm) və Viləşçayda (75 sm) qeydə alınıb.
Dövlət Komitəsindən uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı AÇIQLAMA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşıdır. Bu barədə Dövlət Komitəsindən daxil olan məlumatda deyilir. Məlumatda bildirilib ki, bu məsələ ilə bağlı milli qanunvericilikdə boşluqlar olduğu nəzərə alınaraq, valideyn məsuliyyəti artırılmalı və beynəlxalq konvensiyalara əsasən qanunvericilikdə dəyişiklər edilməlidir: "Azərbaycan prezidentinin 1 iyun 2016-cı il tarixli, 2074 nömrəli sərəncamına əsasən Komitə tərəfindən "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanun layihəsi hazırlanıb.
Şamaxıda dağda qalmış xarici vətəndaşların yeri müəyyən olunub (YENİLƏNİB)
Şamaxıda dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri müəyyən olunub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri FHN-nin helikopteri tərəfindən müəyyən olunub.
"Əməliyyatdan sonra ölən azərbaycanlı modelin həkimi həbs olunub? - YENİLƏNİB
"Lider" telekanalında Tolikin aparıcısı olduğu "Bu bizik" verilişinin qonağı həkim səhvi ucbatından sağlamlığını itirdiyini iddia edən "Faytonçu" Nazim olub.
Telman İsmayılovun oğlu arvadını öldürmək istəyib: "Məni boğmağa başladı..."
Son günlər azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılov və ailə üzvləri ətrafında bir-birinin ardınca qalmaqalı məlumatlar yayılır. Xəbər verildiyi kimi Rusiya İstintaq Komitəsi T.İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Onun adı "Koptevsk" və "Lobanovsk" kriminal qruplaşmalarının liderlərinin sifarişli qətllərində, digər ağır cinayət əməllərində keçir. Rusiya mətbuatı hətta T.İsmayılovun oğlanlarının da adlarının bu cinayət işində keçdiyini bildirir.
Arağın tərkibinə dərman qatırlar ki...
“Təəssüf ki, hələ də alkoqolizmi çox zəif və əhıəmiyyətsiz xəstəlik hesab edirlər. Halbuki, alkoqolizm narkoloji xəstəliklərin ən ağır formasıdır. Çünki alkoqol orqanizmə düşdüyü andan hüceyrələrə öldürücü təsir etməyə başlayır”.
“Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir
Avropa Milli Olimpiya Akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir. MOK-un mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, konfransda Avropa Milli Olimpiya Akademiyalarının üzvləri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüsynzadə, MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının direktoru Ağacan Abıyev iştirak edir. Seminar – konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Təhsil Nazirliyidir.
ABŞ-ın yardımı ilə yeni məktəb binası inşa olunub
ABŞ Müdafiə Departamentinin (Pentaqon) Humanitar Yardım Proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni tikilmiş Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə. açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib. Tədbirdə çıxış edən ABŞ səfiri Robert Sekuta deyib ki, yeni inşa edilən bu məktəb Laçın rayonundan olan məcburi köçkün uşaqlarının daha yaxşı təhsil almasına kömək edəcək. Səfir qeyd edib ki, bu layihə ABŞ-ın Müdafiə Departamentinin Humanitar Yardım Proqramı vasitəsilə həyata keçirdiyi 16-cı məktəb layihəsidir: “On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır.
Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin ənənəvi səyyar qəbuluna start verir. İdarədən “OLAYLAR”-a bildirilib ki, ilk səyyar qəbul oktyabrın 6-da Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək.
Azərbaycan 10-cu Qara Dəniz Turizm Forumunda təmsil olunub
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatası tərəfindən təşkil edilən 10-cu Qara Dəniz Turizm Forumunda bu ölkənin 16 bələdiyyəsi və bir sıra xarici ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.
Bakı və Abşeronda subasma TƏHLÜKƏSİ ARTDI
Bakı və Abşeronda subasma sahələrində vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında təbii amillərin təsirindən nisbi aktivlik qeydə alınıb.
Azadlığın məhdudlaşdırılması cəzası bu cinayətlərə şamil ediləcək - SİYAHI
Azərbaycanda yeni cəza növü kimi tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəzasının şamil olunacağı cinayət əməllərinin siyahısı açıqlanıb. Cinayət Məcəlləsinə Azərbaycan Prezidenti tərəfindən təklif edilən son dəyişikliklərdə yer alan yeni cəza növünün şamil olunacağı maddələrdə mövcud cəzalar da qüvvədə qalacaq, yeni cəza növü isə dispozisiyasına uyğun olaraq məhkəmənin qərarı ilə təyin olunacaq.
İnsan hüquqlarının müdafiəsi, yoxsa qarayaxma kampaniyası?
“Gözünü yumub, ağzını açmaq” deyiminə sadiq qalan Avropa təsisatları ölkəmizə qarşı bütün təzyiq vasitələrindən istifadə etməyi qarşılarına məqsəd qoyublar. “Dirijor çubuğu”na sığmayan Azərbaycanın atdığı istənilən xoşməramlı addım, təhlükəsizlik və sağlamlıq baxımından həyata keçirilən istənilən tədbir ittihamlara tuş gəlir. Diktə və qısqanclıq alətinə çevrilən həmin təsisatlar “öz gözlərində çöpü görməyərək” Azərbaycanda “ tir axtarışına” çıxıblar. “Dədəm, nənəm kor dedi, hər yetənə vur dedi” prinsipinə əsaslanan Avropanın “insan hüquqları institutlarının” Azərbaycanı hədəf seçməsi qətiyyən anlaşılan deyil. Beynəlxalq insan hüquq təşkilatları açıq şəkildə bəyan edirlər ki, insan hüquqları məsələsi nisbi və daim inkişaf edən məsələdir. Odur ki, hər hansı bir kəsimin hüquqlarının müdafiəsi digərinin hüquqlarının pozulması ilə nəticələnə bilməz.
Azərbaycan siyasi plüralizm ənənəsinə sadiqdir
Azərbaycan bu gün demokratik bir ölkə olaraq özünün inkişaf dövrünü yaşayır. Müstəqillik əldə etdikdən sonra ölkəmizin həyatında baş verən yeniliklər bütün sahələri əhatə edir ki, hər bir sahədə də ayrı-ayrılıqda tərəqqi, inkişaf tendensiyaları özünü göstərir. Bu müsbət tendensiyanı siyasi sahəyə də aid etmək mümkündür. Məhz siyasi sahədə həyata keçirilən məqsədypnlü addımlar, görülən işlər, həyata keçirilən islahatlar günümüzdə Azərbaycanı demokratik dəyərlərə sahib bir ölkəyə çevririb.














